“Azərişıq” və “Azəriqaz”ın abonent kartlarına yüklənən vəsaitdən əlavə pul çıxılır? - AÇIQLAMA

“Azərişıq” və “Azəriqaz”ın abonent kartlarına yüklənən vəsaitdən əlavə pul çıxılır? - AÇIQLAMA
SOSİAL
15:05 16.03.2026
510
Vətəndaşlar "Azərişıq” və "Azəriqaz” abonent kartlarına yüklədikləri vəsaitdən əlavə pulun çıxıldığını iddia edirlər.

Ödəniş terminalları vasitəsilə kartlara pul yüklədikdən sonra balansda göstərilən məbləğ vurulan vəsaitlə üst-üstə düşmür və müəyyən məbləğ az görünür. Bu iddialar sosial şəbəkələrdə və televziya kanallarında müzakirələrə səbəb olub.

Qeyd edək ki, bundan əvvəl də bəzi hallarda qaz kartlarına edilən ödənişlərin sayğac balansında əks olunmaması ilə bağlı şikayətlər səsləndirilib.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında deyib ki, belə hallar mövcuddursa, bu, qanun pozuntusu hesab olunur:

"Əgər belə hallar mövcuddursa, bu, qanun pozuntusu hesab olunur. Vətəndaşların kollektiv şəkildə bununla bağlı məhkəməyə müraciət etmək hüququ var. Çünki təbii inhisarçıların qiymətləri özbaşına müəyyən etmək səlahiyyəti yoxdur. Qiymətləri yalnız Tarif Şurası müəyyən edə bilər. Həm ödənişin həcmi, həm də tariflər rəsmi qaydada təsdiqlənir. Bu məbləğlərdən əlavə vəsaitin tutulması isə qanunla qadağandır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR