«Azərişıq»ın avtomobili yol qaydasını belə pozdu - VİDEO

«Azərişıq»ın avtomobili yol qaydasını belə pozdu - VİDEO
SOSİAL
15:24 04.11.2016
1648
Sürücü bir dəqiqə ərzində 160 manatlıq qayda pozuntusu törədib Bakıda «Azərişıq» Qapalı Səhmdar Cəmiyyətinə məxsus avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
 
Hadisə sentyabrın 23-də, saat 18.36 radələrində baş verib. Avtosfer.az-ın məlumatına görə, heç bir üstünlük hüququna malik olmayan «Qəza xidməti» avtomobili svetoforun qırmızı işığından keçib. «Volkswagen» markalı, 99 AB 155 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün törətdiyi bu qayda pozuntusu digərinə nisbətən bir qədər yüngüldür. Belə ki, qırmızıdan keçməzdən əvvəl həmin avtomobil qoşa xəttin tələbini pozaraq qarşı yola çıxıb və hərəkəti nəqliyyat axınına qarşı davam etdirib.
 
Beləliklə də, bir dəqiqədə 100 manat 4 ballıq və 60 manat 3 ballıq qayda pozuntusu törədən sürücü Avtosfer.az-ın «radarına» düşüb.
 
OXŞAR XƏBƏRLƏR