'Azərspace-1' peyki Azərbaycandan idarə olunur - VİDEO
21:28 12.02.2013
1710
İlk telekommunikasiya peykimizin idarəetmə mərkəzi, eyni zamanda “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin inzibati binası olan bu layihənin müəllifi əməkdar memar Nəriman İmaməliyevdir. Bakıdan 38 kilometr məsafədə yerləşən mərkəzdə quraşdırılan xüsusi cihazlar və peyk avadanlıqları vasitəsilə həm peykin orbitdəki fəaliyyəti izlənir, həm də mümkün ola biləcək müdaxilələrin qarşısı alınır. Sevindirici hal budur ki, peyk idarəetmə mərkəzində çalışanların çoxu xaricdə təhsil almış gənc azərbaycanlı mütəxəssislərdir.İdarəetmə mərkəzində peykin orbitdə necə hərəkət etdiyini də müşahidə etmək mümkündür.Qeyd edək ki, hazırda peyk sınaq mərhələsindədir. Mart ayının ilk ongünlüyündə peykin tam istismarına başlanacağı və “Azərkosmos”un nəzarətinə veriləcəyi gözlənilir. Bakıda yerləşən idarəetmə mərkəzindən başqa bir ehtiyat idarəetmə mərkəzi Naxçıvanda, digəri isə Malayziyada yerləşir. Peykin resurslarının yalnız 20%-i Azərbaycanın ehtiyacları üçün istifadə olunacaq. Qalan hissə isə xarici şirkətlərə və dövlətlərə icarəyə veriləcək. Artıq ilk alıcılar da məlumdur.Daha bir neçə peykin orbitə buraxılması gözlənilirXatırladaq ki, Amerika Birləşmiş Ştatlarının “Orbital sayns” şirkəti tərəfindən istehsal olunan “Azərspeys-1” peykinin istismar müddəti 15 ildir. 2015-ci ildə isə yerin müşahidə peyki orbitə buraxılacaq. Bu peyk yerin görüntülərini də əldə etmək imkanında olacaq. İkinci telekommunikasiya peykinin isə 2016-ci ildə fəzaya göndərilməsi planlaşdırılır.