“Azərsu” ağacları qurutdu, nazirlik məhkəməyə verdi - Foto

“Azərsu” ağacları qurutdu, nazirlik məhkəməyə verdi - Foto
SOSİAL
18:01 02.08.2019
5590

Bakı şəhəri Heydər Əliyev prospekti 103 A ünvanında ağacların qurudulması ilə bağlı araşdırma aparılıb. 

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. 

 

Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı sözügedən ünvanda "Azərsu” ASC-yə məxsus binanın həyətində aparılan tikinti işləri zamanı ağacların qurudulduğu faktı aşkar edilib.

Faktla bağlı "Azərsu” ASC barəsində protokol tərtib olunub və toplanmış materiallar məhkəməyə hazırlanır.

 


 
OXŞAR XƏBƏRLƏR