“Azərsu” əməkdaşları odlu silahla təhdid edildi

“Azərsu” əməkdaşları odlu silahla təhdid edildi
SOSİAL
17:19 31.03.2022
613
"Azərsu” ASC-nin "Abşeron Sukanal” İdarəsinin əməkdaşları odlu silahla təhdid edilib.

Bu barədə AZXEBER.COM-a qurumdan bildirilib.

Məlumata görə, hadisə 28 may qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbənin Paralellər küçəsində su idarəsinin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən Zülfüqar Mehdiyevə məxsus fərdi yaşayış evinin həyətində su çəninin dolub daşdığı, israfçılığa yol verildiyi, ev sahibinin isə buna heç bir reaksiya vermədiyini görüblər.

Su israfının qarşısını almaq məqsədilə mənzil sahibindən tədbir görülməsini xahiş edən əməkdaşlar fərdi yaşayış evinin su təchizatı sisteminə baxış keçirmək istədikdə vətəndaşın kobud rəftarı və təhqirləri ilə üzləşiblər. Sonra Z.Mehdiyev odlu silahla (ov tüfəngi) idarənin əməkdaşlarını təhdid edib, ardınca hüquq-mühafizə orqanlarına müraciət edərək təzyiqlərə məruz qalması barədə yalan məlumatlar verib.

Hadisə ilə əlaqədar "Abşeron Sukanal” İdarəsi hüquq-mühafizə orqanlarına rəsmi müraciət edib. Əraziyə gələn daxili işlər orqanlarının əməkdaşları Z.Mehdiyevi və idarənin əməkdaşlarını araşdırma aparılması üçün polis bölməsinə dəvət ediblər.

"Qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla istifadə edilməsi yolverilməzdir. Bununla bağlı mütəmadi maarifləndirmə tədbirləri aparılır, fərdi su xətlərində və çənlərində axıntı olan abunəçilərdən nasazlıqların aradan qaldırılması tələb olunur, uçotsuz və sayğacdankənar istifadə hallarına qarşı ciddi tədbirlər görülür. Abonentlər su israfının qarşısının alınması məqsədilə xəbərdarlıq və tövsiyələri anlayışla qarşılamalı, bu işi yerinə yetirən "Azərsu” əməkdaşlarına qarşı kobud rəftar etməməlidirlər. Xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə, hüquq-mühafizə orqanlarına müraciət olunacaq”, - deyə səhmdar cəmiyyəti bəyan edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Trampın təhdidlərinə cavab olaraq danışıqlar masasını tərk etdilər
21:09 21.06.2026
Trampın təhdidlərinə cavab olaraq danışıqlar masasını tərk etdilər
Rusiyada kişi yoldan keçənlərə atəş açıb: Yaralananlar var
20:52 21.06.2026
Rusiyada kişi yoldan keçənlərə atəş açıb: Yaralananlar var
Dondurma alarkən nələrə diqqət edilməlidir?
20:38 21.06.2026
Dondurma alarkən nələrə diqqət edilməlidir?
Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır - VİDEO
20:21 21.06.2026
Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır - VİDEO
“Neftçi” onlarla müqavilənin müddətini uzatdı - Foto
20:17 21.06.2026
“Neftçi” onlarla müqavilənin müddətini uzatdı - Foto
Trampdan sensasion proqnoz: "Kir Starmer istefa verəcək"
20:07 21.06.2026
Trampdan sensasion proqnoz: "Kir Starmer istefa verəcək"
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
19:52 21.06.2026
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - TƏFƏRRÜAT
19:40 21.06.2026
Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - TƏFƏRRÜAT
ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu
19:29 21.06.2026
ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu
İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır
19:11 21.06.2026
İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır
İstidə avtomobil aptekçanızdakı bu 6 dərmana diqqət edin - XƏBƏRDARLIQ
18:53 21.06.2026
İstidə avtomobil aptekçanızdakı bu 6 dərmana diqqət edin - XƏBƏRDARLIQ
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI
18:49 21.06.2026
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI
İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
18:24 21.06.2026
İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
"Sabah" Voynaloviçlə yolları ayırdı
17:54 21.06.2026
"Sabah" Voynaloviçlə yolları ayırdı
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq
17:50 21.06.2026
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq
300-dən çox şirkəti bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb - FOTOLAR
17:21 21.06.2026
300-dən çox şirkəti bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb - FOTOLAR