"AZƏRSU": "Narahatlığa əsas yoxdur"

SOSİAL
14:43 11.06.2017
4314
"Azərsu” Açıq  Səhmdar Cəmiyyəti Sumqayıtdakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında qeydə alınmış zəhərlənmə içməli sudan baş verməyib: "Bu hadisə ilə əlaqədar "Azərsu” ASC-yə ilk məlumat iyunun 9-da daxil olmuş və dərhal Cəmiyyətin mütəxəssisləri, Mərkəzi Laboratoriyanın əməkdaşları əraziyə baxış keçirib, mənbə, magistral kəmər və şəbəkədən su nümunələri götürülüb. Yerində ilkin fiziki-kimyəvi analizlər aparılıb və suyun keyfiyyətində dəyişikliklər qeydə alınmayıb və insan sağlamlığı üçün zərərli olacaq hal aşkarlanmayıb. Bu nümunələrin iyunun 10-da əldə olunmuş yekun bakterioloji nəticələri bir daha təsdiq edib ki, suyun keyfiyyət göstəriciləri standartlara tam uyğundur. Növbəti günlərdə də "Azərsu” ASC-nin əməkdaşları Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri ilə birgə ərazidə monitorinqləri davam etdirib, müxtəlif ünvanlardan su nümunələri götürüb və müqayisəli yoxlanılması uçun hər 2 qurumun laboratoriyasına təqdim olunub. Nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
 
Qeyd edək ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi və ətraf yaşayış məntəqələrinin içməli su təchizatı Şollar-Bakı Su Təchizatı Qurğularından və Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən aparılır. Bu mənbələrdən, magistral kəmər və şəbəkələrdən Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmış ünvan və qrafiklər üzrə götürülmüş su nümunələri gündəlik yoxlanılır və hər 2 qurum tərəfindən nəzarət təmin edilir.
 "Azərsu” ASC tərəfindən Abşeron yarımadasını içməli su ilə təmin edən mərkəzləşdirilmiş su təchizatı sisteminin mənbədən istehlakçıya qədər bütün mərhələlərində təsdiqlənmiş plan-qrafikə uyğun olaraq gündəlik su nümunələri götürülüb yoxlanılır. Eyni zamanda bu sahədə dövlət nəzarətini həyata keçirən Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri də su təchizatı sistemlərində monitorinqlər aparır.
Onu da qeyd edək ki, Şollar və Ceyranbatan mənbələri Sumqayıt şəhəri ilə yanaşı, Abşeron yarımadasının digər yaşayış məntəqələrini də içməli su ilə təmin edir və bu ünvanlarda belə hal qeydə alınmayıb..
"Azərsu” ASC bir daha bəyan edir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində qeydə alınmış hadisə içməli su ilə əlaqəli deyil və vətəndaşların narahatlığı üçün heç bir əsas yoxdur”.          

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb