“Azersun Holding” “Artım dinamikası və etibarlılıq lideri” nominasiyası üzrə AZERİ BUSINESS AWARD- 2011 milli mükafatına layiq görülüb.
AZXEBER.COM portalının məlumatına görə, “Business Time” dərgisi tərəfindən təsis olunmuş mükafat, keyfiyyətli məhsul istehsalı və ölkə iqtisadiyyatına verdiyi töhfələrə görə “Azersun Holdinq”ə təqdim olunub.
14 dekabr tarixində Buta Palasda təşkil olunmuş AZERİ BUSINESS AWARD- 2011 milli mükafatının təqdimat mərasimi çox sayda iş adamı, siyasətçi, diplomat və dövlət rəsmilərinin iştirakı ilə keçirilib.
Qida sektorunda, Azərbaycanı istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan holdinq, tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir. Holdinqin tərkibində fəaliyyət göstərən müəssisələr müasir texniki avadanlıqlarla təchiz olunub.