"Azərsun Sənaye Parkı”nda yanğın davam edir, fövqəladə hallar naziri ərazidədir

"Azərsun Sənaye Parkı”nda yanğın davam edir, fövqəladə hallar naziri ərazidədir
SOSİAL
00:33 29.04.2022
377
FHN tərəfindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının lokallaşdırılması və söndürülməsi üzrə tədbirlər davam etdirilir.

AZXEBER.COM xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda yanğın baş verən ərazidədir.

Qeyd edək ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.
OXŞAR XƏBƏRLƏR