AZƏRTAC-dan Fransa mətbuatında yayılan dezinformasiya ilə bağlı AÇIQLAMA - FOTO

AZƏRTAC-dan Fransa mətbuatında yayılan dezinformasiya ilə bağlı AÇIQLAMA - FOTO
SİYASƏT
22:01 12.12.2023
385
Fransa mətbuatında guya AZƏRTAC-ın əməkdaşlarının Yeni Kaledoniyaya Fransada sabitliyi pozmaq üçün göndərildiyi, hətta onların "casus” adlandırıldıqları dezinformasiya tirajlanır.

AZƏRTAC məsələ ilə bağlı açıqlama yayıb.

Xatırladaq ki, AZƏRTAC-ın iki jurnalisti redaksiya tapşırığını yerinə yetirmək üçün 2023-cü il dekabrın 3-də Yeni Kaledoniyaya ezam olunmuşdular. Onlardan biri viza bəhanəsi ilə ölkəyə buraxılmayıb, bir sutka polis nəzarətində saxlanıldıqdan sonra ölkədən çıxarılıb.

"Uzun müddətdir ki, jurnalist fəaliyyəti ilə məşğul olan əməkdaşlarımıza "casus” damğasının vurulması qəbuledilməzdir. Jurnalistimizə qarşı edilən haqsızlıqdan və bunun bütün dünyaya yayılmasından sonra belə bir yazının meydana çıxması onu göstərir ki, bu dezinformasiyanın arxasında Fransa rəsmi qurumları dayanır. Bu, Yeni Kaledoniyada jurnalistimizə qarşı törədilən haqsızlığı ört-basdır etmək cəhdindən başqa bir şey deyildir. Yeni Kaledoniyada azadlıq tələbi ilə yürüşə çıxanların haqq səsini dünyaya çatdırmaq istəyən jurnalistlərə Fransa hökumətinin bu cür qeyri-rəsmi formada "casus” damğası vurmaq cəhdi demokratiya, azad söz, media azadlığı kimi fundamental prinsiplərin tələblərinə qarşı çox böyük hörmətsizlikdir.

Jurnalistimizə qarşı Yeni Kaledoniyada edilən haqsızlığı hətta Kaledoniya İttifaqı siyasi partiyasının prezidenti Daniel Qoa da öz açıqlamasında pisləyib. Onun jurnalistimizə yazdığı məktubda deyilir: "Kaledoniya İttifaqı siyasi partiyasının prezidenti, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) sözçüsü olaraq, 2023-cü il dekabrın 3-də Numeaya səfəriniz zamanı məruz qaldığınız ayrı-seçkiliklə əlaqədar Sizə tam dəstəyimi ifadə etmək istəyirəm. Biz bir daha müstəmləkə hökmranlığı altında olan xalqlarla bağlı məlumatların yayılmasına qarşı həqiqətən ifrat müstəmləkəçi münasibətinin şahidi olduq”.

Feyk məqalədə qeyd edilir ki, Fransanın müdafiə naziri həmin ərəfədə Yeni Kaledoniyaya səfər edib və jurnalistlər də məhz bunu işıqlandırmaq üçün oraya gediblər. Həmçinin məqalədə jurnalistlərin "casus” olduğu yazılır. Bununla da onlar özlərini təkzib etmiş olurlar – bir tərəfdən yazırlar ki, jurnalistlər ora hadisələri işıqlandırmağa gediblər, ardınca isə onları "casus” adlandırırlar. Qeyd etməliyik ki, AZƏRTAC-ın jurnalistlərinə redaksiya tapşırığı məhz dekabrın 5-də keçirilmiş müstəqillik mitinqinin işıqlandırılması olub. Bundan əlavə, əməkdaşlarımız yerli kanak xalqının həyat tərzi, sosial-iqtisadi vəziyyəti, mədəniyyəti haqqında reportajlar hazırlamalı idilər. Təəssüf ki, verilən redaksiya tapşırıqları bir əməkdaşımızın ölkəyə buraxılmaması səbəbindən tam olaraq yerinə yetirilməyib.

AZƏRTAC məqalədə qeyd olunan absurd və cəfəng iddiaları qəti şəkildə rədd edir və bunu təxribat xarakterli feyk informasiya sayır. Fransa mediasının bu cür dezinformasiya yaymasını azad mətbuat göstəricisi yox, məhz beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq və həqiqətləri gizlətmək cəhdi kimi qətiyyətlə pisləyirik”, - deyə məlumatda qeyd olunub.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
Bu ailələrə hər ay 422 manat verilir
13:09 13.03.2026
Bu ailələrə hər ay 422 manat verilir
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
13:07 13.03.2026
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” -  Deputatdan təklif
12:51 13.03.2026
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” - Deputatdan təklif
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
12:38 13.03.2026
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır
12:33 13.03.2026
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır
Baş nazir quru sərhədlərinin bağlı olmasından danışdı
12:21 13.03.2026
Baş nazir quru sərhədlərinin bağlı olmasından danışdı