AzerTelecom və Kazakhtelecom Transxəzər layihəsi çərçivəsində müqavilə imzaladı - FOTOLAR

AzerTelecom və Kazakhtelecom Transxəzər layihəsi çərçivəsində müqavilə imzaladı - FOTOLAR
İQTİSADİYYAT
16:14 23.06.2023
429
"AzerTelecom” və "Kazakhtelecom” arasında Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə Transxəzər Fiber-Optik Rabitə Xəttinin tikintisi və istismarı üzrə birgə müəssisənin yaradılmasına dair Səhmdarlar müqaviləsi imzalanıb. Layihənin mühüm hissəsi olan bu müqavilə onun yekunlaşdırılması istiqamətində tərəflərin birgə səylərini və fəaliyyətlərini əks etdirir.

Sənəd "AzerTelecom” şirkətinin daxil olduğu NEQSOL Holding-in Telekom rəhbəri Vasil Latsaniç və "Kazaktelecom”un İdarə Heyətinin sədri Kuanışbek Yesekeyev tərəfindən imzalanıb.

Sənəd özündə birgə müəssisənin məqsəd və vəzifələrini, xüsusilə idarəetmə məsələlərini, eləcə də Azərbaycan-Qazaxıstan marşrutu üzrə Transxəzər Fiber-Optik Rabitə Xəttinin tikintisinə və istismarına dair müddəaları əks etdirir.

Transxəzər Fiber-Optik Rabitə Xətti "Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin Asiya seqmenti olaraq bağlantı xidmətlərinin göstərilməsi üçün rəqəmsal infrastrukturun inkişafında və Avropa ilə Asiyanı birləşdirəcək rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasında xüsusi rol oynayır.
NEQSOL Holding-in Telekom rəhbəri Vasil Latsaniç müqaviləni şərh edərək vurğulayıb ki, Transxəzər Fiber-Optik Rabitə Xətti regionları birləşdirərək və coğrafi sərhədləri aşaraq yüksək tutumlu məlumatların ötürülməsinə imkan verəcək.

"AzerTelecom” və "Kazakhtelecom” arasında əməkdaşlıq yeni bazarlara çıxışın yaradılmasına, ölkələrin internetdən istifadə etməsi, eləcə də məlumatların ötürülməsi imkanlarının yaxşılaşdırılmasına öz töhfəsini verəcək. Bununla yanaşı, Xəzər dənizinin dibi ilə çəkiləcək ilk sualtı kabel marşrutunun yaradılması, bu layihəni unikal edən amillərdən biridir”, - deyə Vasil Latsaniç bildirib.

"AzerTelecom” şirkətinin Əməliyyatlar üzrə Baş direktoru Sergey Nazarenkonun sözlərinə görə, birgə müəssisənin yaradılması regionumuzun kommunikasiya infrastrukturunun mənzərəsini dəyişəcək, eləcə də ölkələrin və bizneslərin rəqəmsal inkişafı üçün böyük imkanlara qapı açacaq maraqlı bir səyahətin yeni mərhələsidir.

"Kazakhtelecom” şirkətinin İdarə Heyətinin sədri Kuanışbek Yessekeyev qeyd edib ki, "Kazakhtelecom” və "AzerTelecom” öz sahələrində aparıcı şirkətlər olaraq bu layihənin transformasiya potensialını yüksək qiymətləndirir və onu reallaşdırmaq üçün qüvvələrini birləşdiriblər. "Biz birlikdə Transxəzər Fiber-Optik Rabitə Xəttinin uğurlu tikintisini və istismarını təmin etmək üçün təcrübəmizi, resurslarımızı və baxışımızı birləşdirəcəyik”, - deyə o, qeyd edib. 

"AzerTelecom” Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. NEQSOL Holding 9 ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir.

"Kazakhtelecom” Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir.
 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Füzulidəki məktəbin direktoru Prezidentlərin qarşısında çıxış etdi - VİDEO
21:37 23.08.2026
Füzulidəki məktəbin direktoru Prezidentlərin qarşısında çıxış etdi - VİDEO
İlham Əliyev: Azərbaycan-Özbəkistan İnvestisiya Fondu ən səmərəli və nəticəyönümlü fonddur
21:25 23.08.2026
İlham Əliyev: Azərbaycan-Özbəkistan İnvestisiya Fondu ən səmərəli və nəticəyönümlü fonddur
Prezident: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
21:13 23.08.2026
Prezident: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb
21:11 23.08.2026
İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb
İlham Əliyev Özbəkistanda "Yeni Daşkənd" layihəsi ilə tanış olub - VİDEO
21:02 23.08.2026
İlham Əliyev Özbəkistanda "Yeni Daşkənd" layihəsi ilə tanış olub - VİDEO
Daşkənddə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma və mübadiləsi mərasimi olub - VİDEO
20:49 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma və mübadiləsi mərasimi olub - VİDEO
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
20:34 23.08.2026
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
20:24 23.08.2026
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
Azərbaycan və Özbəkistan liderləri Nizami Gəncəvinin adını daşıyan universitetin tələbələri ilə görüşüblər - VİDEO
20:14 23.08.2026
Azərbaycan və Özbəkistan liderləri Nizami Gəncəvinin adını daşıyan universitetin tələbələri ilə görüşüblər - VİDEO
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
20:05 23.08.2026
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Özbəkistanda İlham Əliyevin şərəfinə verilən ziyafətdə Müslüm Maqomayevin əsəri səsləndirilib - VİDEO
20:04 23.08.2026
Özbəkistanda İlham Əliyevin şərəfinə verilən ziyafətdə Müslüm Maqomayevin əsəri səsləndirilib - VİDEO
Müttəfiqlikdən nəsillərüstü dostluğa - Azərbaycan-Özbəkistan münasibətlərində əbədi mərhələ
19:53 23.08.2026
Müttəfiqlikdən nəsillərüstü dostluğa - Azərbaycan-Özbəkistan münasibətlərində əbədi mərhələ
Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
19:30 23.08.2026
Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb
19:06 23.08.2026
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb
Prezidentlərin təltifolunma mərasimi keçirilib - FOTOLAR
19:00 23.08.2026
Prezidentlərin təltifolunma mərasimi keçirilib - FOTOLAR
SEPAH: İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur
18:53 23.08.2026
SEPAH: İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur