'Azəryolservis' Bakı-2015-ə hazırlaşır

İQTİSADİYYAT
13:55 27.11.2013
2075

I Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi ilə əlaqədar yeni yol qovşaqlarının, piyada keçidlərinin, avtomobil yollarının tikintisi nəzərdə tutulur.

Artıq bununla bağlı Tədbirlər Planı Nəqliyyat Nazirliyində təsdiq edilib və Təşkilat Komitəsinə təqdim olunub.Nələr olacaq?AZXEBER.COM xəbər verir ki, “Azəryolservis” ASC-nin sədri, millət vəkili Cavid Qurbanov “Respublika” qəzetindəki məqaləsində artıq bu sahədə bir sıra addımların atıldığını açıqlayıb. Belə ki, Zabrat-Maştağa-Buzovna avtomobil yolunun I texniki dərəcəyə uyğun yenidən qurulması, Buzovna-Mərdəkan-Qala avtomobil yolunun Buzovna-Mərdəkan hissəsinin, Zığ dairəsi-Heydər Əliyev adına Hava Limanı avtomobil yolundan Qala stansiyasına gedən avtomobil yolunun, Sərdar Səfərov, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində yeraltı piyada keçidlərinin, Qələbə meydanında (“Gənclik” metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi başa çatdırılaraq ölkə başçısının iştirakı ilə açılışları olub. Bundan əlavə Heydər Əliyev prospektində, “Şəfa” stadionunun qarşısında yeraltı keçid qovşağının, Ziya Bünyadov prospekti üzərində yol qovşaqlarının, Mikayıl Əliyev küçəsinin Koroğlu metro stansiyasından Babək prospektinə qədər olan hissəsinin, Babək prospektinin yenidən qurulması, Həsən Əliyev küçəsinin sonundan Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel “Koroğlu” metro stansiyasına qədər yolun tikintisi davam etdirilir.İnkişaf körpüləriCavid Qurbanovun sözlərinə görə, son 10 ildə 207 yeni körpü istifadəyə verilib. Yol infrastrukturunun müasirləşdirilməsi, tikintisi və yenidən qurulması dövlət başçısının şəxsi nəzarəti altında həyata keçirilir. Son 10 ildə Prezident İlham Əliyev 165 dəfə avtomobil yollarının, yol qurğularının açılış və təməlqoyma mərasimlərində iştirak edib, habelə işlərin gedişi ilə maraqlanaraq tapşırıq və tövsiyələrini verib. Ölkənin ümumi istifadədə olan 18994 kilometr avtomobil yolunun 17521 kilometrinə Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xidmət göstərilir. Onun 4366 kilometri respublika əhəmiyyətli, 13155 kilometri yerli əhəmiyyətlidir. Bu yollarda ümumi sayı 1285-a yaxın 46578 poqon metr uzunluğunda körpülər var. Bakı şəhəri ərazisində olan yollar, prospektlər və küçələrin ümumi uzunluğu isə 1552 km təşkil edir.Qeyd edək ki, Dünya İqtisadi Forumu ekspertlərinin hazırladıqları qlobal rəqabətə davamlılıq hesabatının nəticələrinə əsasən, Azərbaycan yolları MDB məkanında ən yaxşı yollar sayılır.Bölgələrin tərəqqi yolu Cavid Qurbanov “Respublika” qəzetindəki məqaləsində yol infrastrukturunun inkişafının bölgələrin də tərəqqisində əhəmiyyətli rol oynadığını qeyd edib. “Azəryolservis” ASC-nin sədri bildirib ki, respublika yol şəbəkəsində, xüsusilə yük daşımalarında mühüm rol oynayan Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 50 km-lik Hacıqabul-Sabirabad hissəsi artıq istifadəyə verilib, hazırda yolun Bulaqlı-Bəhrəmtəpə hissəsində və Şirvan şəhərində Kür çayı üzərində yeni körpünün tikintisi davam etdirilir.

OXŞAR XƏBƏRLƏR