Ağzında siqaretlə yatdı, evi yandı - VİDEO

MARAQLI
15:41 18.08.2021
1305
Ağzında siqaretlə yuxuya gedən şəxs yaşadığı evi yandırıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Bursada baş verib. Bir mənzildə yaşayan vətəndaşın diqqətsizliyi az qala həyatı bahasına başa gələcəkdi.
 
Belə ki, evdə tək yaşayan İbrahim adlı şəxs siqaret çəkərkən yuxuya gedib. Əlindən çarpayıya düşən siqaret yanğına səbəb olub və qısa müddətdə otağı ağuşuna alıb. Alovların içərisində oyanan şəxs yanıq xəsarətləri ilə çətinliklə otaqdan çıxa bilib.
 
Xəstəxanya aparılan şəxsin vəziyyəti orta-ağırdır.
 
Faktla bağlı araşdırma aparılır.
 
Aydın

OXŞAR XƏBƏRLƏR