Azisdən Bakıdakı konsertlə bağlı açıqlama: 'İnsanları aldatmayın!'

Azisdən Bakıdakı konsertlə bağlı açıqlama:
ŞOU-BİZNES
10:52 20.06.2013
3045

Bolqar müğənnisi Azisin Bakıda konsert verəcəyi ilə bağlı yayılan xəbərlər təsdiqini tapmayıb.

AZXEBER.COM-un məlumatına görə, bu məlumatı müğənni özü təkzib edib.

Azis bunu 120 min nəfərin izlədiyi rəsmi “Facebook” səhifəsində yazdığı statusda bildirib:

“Mən Bakıda konsert verməyəcəyəm. İnsanları aldatmayın! Mən heç vaxt orada konsert verməyə razılıq verməmişəm.”

Çoxsaylı həmvətənlərimiz isə Azisin bu tərzdə yazdığı statusa qəzəblənərək onu ələ salıb.

Qeyd edək ki, Azis Avropanın ən tanınmış homoseksual müğənnilərindən biri sayılır.

OXŞAR XƏBƏRLƏR