Azov alayının keçmiş komandiri: Rusiya Baxmutda kimyəvi silahdan istifadə edir

Azov alayının keçmiş komandiri: Rusiya Baxmutda kimyəvi silahdan istifadə edir
DÜNYA
10:32 07.07.2023
235
"Ukrayna qoşunları Baxmut istiqamətində irəliləyir. Rusiya qüvvələri isə bölgədə kimyəvi silahdan istifadə edirlər".

AZXEBER.COM "Unian"a istinadən xəbər verir ki, bu barədə Azov alayının keçmiş komandiri, Ukrayna Silahlı Qüvvələrinin mayoru Maksim Jorin məlumat verib.

O, bildirib ki, Baxmut istiqamətində bəzi yüksəkliklər Ukrayna qüvvələrinin nəzarəti altındadır, bəzilərində isə hələ də proses gedir, lakin düşmən mövqelərini saxlaya bilmir.
"Müəyyən isteriya vəziyyətində rus işğalçıları kimyəvi silahdan istifadə etməyə başladılar. Həm bizim bölmədə, həm də digər bölmələrdə artıq təsdiqlənmiş zəhərlənmə halları var", - deyə Jorin əlavə edib.
OXŞAR XƏBƏRLƏR