Azərbaycanda 17 yaşlı qız dəm qazından zəhərləndi

Azərbaycanda 17 yaşlı qız dəm qazından zəhərləndi
SOSİAL
13:05 19.12.2019
3081
Quba rayonunda yeniyetmə qız dəm qazından zəhərlənib.

AZXEER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə Quba şəhəri, "32/33-cü kvartal" adlanan yaşayış massivində qeydə alınıb.

Həmin massivdə yaşayan, 2002-ci il təvəllüdlü Heybətova Validə Zaur qızı yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənib.

Gənc Quba Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub. Hazırda xəstənin vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.
 

OXŞAR XƏBƏRLƏR