"İcra strukturlarında görülən tədbirlər korrupsiyaya qarşı başladılmış müharibədir" - Politoloq

"İcra strukturlarında görülən tədbirlər korrupsiyaya qarşı başladılmış müharibədir" - Politoloq
SİYASƏT
16:48 02.05.2020
1541

"Azərbaycan dövləti hər vətəndaşının sağlamlığını düşünür”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq, keçmiş millət vəkili Yusif Bağırzadə bildirib.

O, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddətinin 31 may 2020-ci ilə qədər uzadılmasının vətəndaşların sağlamlığının qorunması üçün yüksək qiymətləndirib:

"Azərbaycan dövləti pandemiya dönəmində örnək addımlara imza atdı. Cənab prezident çıxışlarında bir məsələni xüsusi olaraq vurğuladı ki, pandemiyanın iqtisadiyyata vurduğu zərərlərdən çox, Azərbaycan dövləti vətəndaşının sağlamlığını düşünür. Bu istiqamətdə atılan addımlara diqqət etsək, nəticənin uğurlu olduğunu deyə bilərik. Öncə sərhədlər bağlandı, iş yerlərinin fəaliyyəti işçilərin əməkhaqqları verilmək şərti ilə dayandırıldı və bir çox karantin qaydaları tətbiq edildi.

Nəticədə Avropanın bəzi ölkələrində olduğundan fərqli olaraq virusun yayılma tempi azaldı və insanların sağlamlığı ən üst səviyyədə qorundu.

Düşünürəm ki, Azərbaycanın koronavirusla mübarizəsinə vətəndaşlarımız da öz dəstəklərini göstərməli və məsuliyyətini hiss etməlidirlər. Bu virusla mübarizədə bizim üçün çox önəmli üstünlükdür”.

Y.Bağırzadə karantin rejimi tətbiq edildiyi bir ərəfədə dövlətin sosial addımlarına kölgə salan və aztəminatlı ailələrin sovqatlarına göz tikən icra hakimiyyəti nümayəndlərinin davranışları ilə bağlı sualımıza da cavab verib.

O, sonuncu dəfə DTX-nın Biləsuvarda keçirdiyi əməliyyatı diqqətə çatdıraraq bunun bir məmur üçün utancverici olduğunu və baş verən hadisədən digər icra nümayəndələrinin də dərs çıxarmalı olduğunu dilə gətirib:

"Cənab prezident hər zaman ölkə vətəndaşının haqqını-hüququnu müdafiə edir, onun uğrunda mübarizə aparır. Bilirsiniz ki, mən özüm uzun illər dövlət strukturunda təmsil olunmuşam və icra orqanlarının fəaliyyətinə yaxından bələdəm. Son zamanlar icra strukturlarına qarşı görülən tədbirlər birbaşa korrupsiyaya qarşı başladılmış müharibədir. Nəticədə bu işdə əməyi olan hər kəs cəzalandırılır və pandemiya dönəmində aztəminatlı ailələrin ərzaq paylarına göz tikən məmurlar qanun qarşısında cavab verir. Düşünürəm ki, bu addımlar davamlı olacaq və yaxın gələcəkdə icra strukturlarında korrupsiyaya yönəlik işlərin qarşısı əminliklə alınacaq”.

Keçmiş millət vəkili, korrupsiyaya qarşı mübarizə istiqamətində Azərbaycanda görülən işlərin yüksək qiymətləndirilməli olduğunu və Kamran Əliyevin baş prokuror təyin olunmasının bu mübarizənin tərkib hissələrindən biri olduğunu dilə gətirib. O bu təyinatın prokurorluq orqanlarında yenilənmənin başlanğıcı olacağını da bildirib:

"Mən şəxsən bu təyinatı uğurlu hesab edirəm. Çünki Kamran Əliyev bundan öncə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin strukturunu quran və bu sahədə kifayət qədər təcrübəyə sahib bir mütəxəssisdir. Ümumilikdə bu təyinat dövlətin korrupsiyaya qarşı mübarizədə daha inamla və əzmlə işlər görəcəyini göstərir. Düşünürəm ki, bu addımdan sonra prokurorluq orqanlarında yenilənmə işləri başlayacaq və bu islahatlar vətəndaşların xeyrinə dəyişəcək”.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb