AzTU tələbələri İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsində

SOSİAL
13:52 13.05.2016
2433

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” keçirilib.

17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan olimpiadanın final mərhələsində Azərbaycan Texniki Univertsitetinin(AzTU) təmsilçiləri də iştirak edib. “AzTU1” komandası adı altında iştirak edən tələbələr olimpiadanın qaliblərindən olublar. Komadanın üzvləri Abdullayev Tərlan, Rəhimova Nərgiz və Məmmədzadə Əli verilən tapşırıqları uğurla yerinə yetiriblər.

Universitetin İnformasiya Texnologiyaları və Proqramlaşdırma kafedrasının baş müəllimi Vüqar Hüseynlinin rəhbərliyi ilə olimpiadada “AzTU1” komandasından əlavə “AzTu2”, “AzTU3” və “AzTU4” komandaları da iştirak edib.

Yarışmada bir neçə ali məktəbi təmsil edən komandalara 10 alqoritmik məsələnin 5 saat ərzində kompüterdə proqramlaşdırılması tapşırılıb. Məsələlərin həlli PC2-9.2.4 avtomatik qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilib.

OXŞAR XƏBƏRLƏR