AzTV-dən Cümşüd Nuriyevlə bağlı açıqlama: "Sadəcə onu deyə bilərik ki, ayıbdır"

AzTV-dən Cümşüd Nuriyevlə bağlı açıqlama: "Sadəcə onu deyə bilərik ki, ayıbdır"
TOP4
17:09 27.11.2019
4025

Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) "Əsas Məsələ” verilişində ekspertlərdən biri kimi iştirak edən Cümşüd Nuriyevin çıxışı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

AZXEBER.COM xəbər verir ki, televiziyanın bununla bağlı yaydığı açıqlamada deyilir:

"Çox təəssüflər olsun ki, yenə də bəzi "həmkarlarımız” və ya özünü ekspert hesab edən bəzi kəslər öz ampluasındadırlar: Yalan informasiya yaymaqla ürəkləri bulandırmaq və konkret olaraq AzTV-yə qarşı qara piar kompaniyası aparmaq. Öncə ondan başlayaq ki, AzTV və Radio Verilişləri QSC yarandığı ilk gündən bu ana kimi hər addımında milliliyi, vətənpərvərliyi, azərbaycançılığı rəhbər tutub və bu ideoloji xətt heç zaman dəyişməyəcək. İkincisi, qısa zaman ərzində yaradılan vətənpərvərliklə bağlı verilişlərdə şəhidlərimizin, Vətən uğrunda canından keçən soydaşlarımızın əziz xatirəsi hər zaman uca tutulub, sağ qalan döyüşçülərimiz isə müxtəlif verilişlərə, tok şoulara dəvət olunaraq hər kəsə, xüsusən gənclərə nümunə kimi göstərilib. İstər kişi olsun, istər qadın bu Vətən naminə çalışan, döyüşən, mübarizə aparan hər kəs bizim qürur yerimiz, fəxrimizdir. Amma bəzi "həmkarlarımız” ötən gün "Əsas Məsələ” verilişində ekspertlərdən biri, Cümşüd Nuriyevin çıxışını kontekstdən çıxararaq onun Qarabağa könüllü gedən qadınları təhqir etdiyi kimi göstərir.

Əvvəla, Cümşüd müəllim, ingilis, ərəb və ya alman dilində yox, təmiz Azərbaycan dilində danışır. O, öz çıxışında "Qarabağ” sözünü işlədibsə və ya "Qarabağda döyüşən qadınlar” sözünü işlədibsə biz rəsmi qaydada Cümşüd Nuriyevin əvəzinə hər kəsdən üzr istəməyə hazırıq. Amma işlədibmi? Xeyir. Üzümüzü tutub hər bir vətəndaşımıza müraciət edirik. Bəzi qeyri-peşəkar saytların yazılarına inanmaqdansa verilişə ən azından myvideo-dan bir də baxın. Bu adamın sözünün konteksdən çıxarıldığına özünüz əmin olacaqsınız. Görəsən niyə? O da məlumdur, ümumi rəy yaratmaq naminə. Özü də ekspertin deyil, məhz AzTV-nin ünvanına. Sadəcə onu deyə bilərik ki, ayıbdır. Öz məqsədlərinə çatmaq və ya kimlərisə ləkələmək üçün imsanların hissiyatı ilə oynamaq yumşaq desək, tərbiyəsizlikdir. Görəsən bu cür çirkin məqsədlərə əl atan bəzi sayt rəhbərlərində şərəf, qürur və etika anlayışı varmı? Xeyir. Forma və metodu dəyişin, "əziz həmkarlar”. Zaman dəyişir, tələblər dəyişir, siz də dəyişin".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
08:26 18.10.2026
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
07:12 18.10.2026
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
07:00 18.10.2026
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
06:40 18.10.2026
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
“İflic olacağam və yataqda qalacağam”
06:28 18.10.2026
“İflic olacağam və yataqda qalacağam”
Makronu ölümlə hədələdilər
06:10 18.10.2026
Makronu ölümlə hədələdilər