AzTV ilə bağlı ilginc iddialar: verilişlər bağlanır, 200 işçi maaşsız qalıb - TV-dən cavab

AzTV ilə bağlı ilginc iddialar: verilişlər bağlanır, 200 işçi maaşsız qalıb - TV-dən cavab
TOP4
14:53 03.07.2019
6040
Arif Alışanovun "Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədrliyindən uzaqlaşdırılmasından sonra televiziya kanalı ətrafında səs-küy səngimək bilmir.

TV rəhbərliyinin tanınmış jurnalist Rövşən Məmmədova həvalə edilməsi ilə illərdir kanal barədə pis imic formalaşdıran, barələrində mətbuatda hər zaman "qara xəbər”lər gedən şəxslər buradan uzaqlaşdırıldı, onların yerinə yeni və gənc simalar gətirildi.

Bir müddət kadr islahatları ilə gündəmə gələn TV barədə indi yeni iddialar səsləndirilir.

Mətbuatda yer alan xəbərlərə görə, kanaldakı dəyişikliklərin mahiyyəti, əslində, gizli saxlanılıb.

İddia olunur ki, AzTV-dəki yeni proqramların yaradılması, bir sıra verilişlərin bağlanmasının arxasında külli miqdarda vəsaitin silinməsi dayanır.

Xəbərlərdə TV-dəki 24 verilişin bağlandığı, 200 nəfərə yaxın işçinin maaşsız və qonorarsız qaldığı da qeyd olunur.

Digər iddiaya görə, AzTV-də kadr məsələləri Zemfira Əliyeva adlı bir xanıma həvalə olunub. Z.Əliyeva isə Elmar adlı qohumunu maliyyə şöbəsinə rəhbər gətirib, övladını TV-də işlə təmin etdirib.

TV-yə işə götürülənlər arasında Rövşən Məmmədovun "Lider” TV-dən həmkarları və qohumlarının olması da yayılan xəbərlər arasındadır.

AZXEBER.COM xəbər verir ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov bütün bu iddialarla bağlı Oxu.Az-a açıqlama verib.

TV rəsmisi əvvəlcə bağlanan və açılan verilişlərlə bağlı iddiaları cavablandırıb. Qeyd edib ki, nəinki AzTV-də, həmçinin, Mədəniyyət və İdman kanallarında onlarla veriliş bağlanılır və yeniləri açılır:

"Hər hansı verilişin xüsusən mövsümün sonunda bağlanması, yaxud açılması istənilən media qurumunun daxilində baş verən normal prosesdir. İstənilən kanal tamaşaçı marağına cavab vermək və baxımlı olmaq üçün bu addımı atır və atmalıdır. Yaxşı, əgər verilişlərin bağlanması kimlərisə narahat edirsə, o zaman yeni verilişlərin adları niyə çəkilmir? Qeyd edilən 24 bağlanmış verilişin əvəzinə, həftə içi beş gün yeni studiyadan, yeni formatda efirə gedən "Əsas Məsələ” siyasi tok-şousu ilə yanaşı, 31 veriliş də efirə gedir”.

Açıqlamada bildirilir ki, yeni verilişlərin heç biri "prodakşn” verilişlər deyil. Bu layihələrin hər birini AzTV, "Mədəniyyət” və "İdman Azərbaycan” kanallarının əməkdaşları hazırlayır:

"Bu layihələrin hər birinə görə həmin əməkdaşların qonorarı iki, bəzi hallarda üç dəfə artıb”.

"Lider” TV-dən AzTV-yə əməkdaşların cəlb olunması məsələsinə gəlincə, bildirilir ki, sözügedən kanalın keçmiş əməkdaşları ilə yanaşı, digər televiziya kanallarının işçiləri də burada işə başlayıb. 

M.Aslanov qeyd edib ki, son altı ayda ümumilikdə 230 nəfər AzTV-də işlə təmin olunub, onların heç biri R.Məmmədovun qohumu deyil.

Bundan başqa, son altı ayda TV-də təxminən 442 nəfərin əməkhaqqı, 70 faiz əməkdaşın qonorarı artırılıb.

TV-də kadr məsələsinin Zemfira Əliyevaya həvalə olunmadığını vurğulayan M.Aslanov AzTV-nin Kadrlar və xüsusi işlər departamentinin rəhbərinin İlhamə Hüseynova olduğunu və onun da hər hansı qohumunun TV-də çalışmadığını deyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
10:11 18.10.2026
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
10:07 18.10.2026
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib