AzTV-nin keçmiş diktoru seriala çəkildi

MARAQLI
11:14 31.01.2013
1461

Tanınmış teleaparıcı, respublikanın əməkdar artisti Nailə İslamzadə rejissor Nadir Diridağlının “Tək olanda qorxma” serialında çəkilib. Tanınmış diktor serialdakı rolu haqda Milli.Az-a bunları danışıb. “Mən bu serialın yalnız 1-ci bölümündə ana rolunda çəkilmişəm. Filmdə ana rolunda oynamaq təklifi mənə Space televiziyasının rəhbəri Vaqif Mustafayevdən gəldi. Bu təklif mənim üçün gözlənilməz oldu, amma Vaqif müəllim o rolda məhz məni gördüyünü bildirdi. Vaqif Mustafayev, bildiyiniz kimi, çox istedadlı, dünya şöhrətli rejissordur. Mən ssenari ilə tanış olduqdan sonra məmnuniyyətlə razılaşdım. Azərbaycan televiziyasında diktorluq fəaliyyətimə başlayanda kinostudiyadan filmlərə çəkilmək üçün çox təkliflər olurdu, amma televiziyanın o vaxtki rəhbərliyi "ya diktor olun, ya da aktrisa" demişdi. Qismət indiyə imiş. Tərəf-müqabilim Levent Taşçı Türkiyədən dəvət olundu. O bir çox türk seriallarında rol almış aktyordur. Filmdə ana və ata Qarabağ müharibəsinin iştirakçılarıdır, ata pilotdur, milli qəhrəmandır. Onların çox gözəl ailələri və 2 oğulları var. Birinci seriyada onların yalnız gözəl ailə həyatı göstərilir. Seriyanın sonunda isə ata və ana qəzaya düşərək həlak olurlar, serialın sonrakı bölümləri onların yetim qalan uşaqlarının acı taleyi haqdadır”.

OXŞAR XƏBƏRLƏR