AzTV-nin sədr müavini vəfat etdi

AzTV-nin sədr müavini vəfat etdi
MEDİA
14:43 19.11.2011
2306
AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımovanın verdiyi məlumata görə Vaqif Ağayev uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında vəfat edib. Mərhum bu gün dəfn olunacaq.Qeyd edək ki, V. Ağayev 7 may 1954-cü ildə Abşeron rayonunda anadan olub. 1981-ci ildə Leninqrad Dövlət Musiqi, Teatr və Kinematoqrafiya İnstitutunun televiziya-rejissoru ixtisası üzrə bitirib.1972-ci ildən Azərbaycan Dövlət Teleradio Komitəsində çalışıb. Yaradıcılıq fəaliyyətinə TV-nin “Gənclər üçün proqram” baş redaksiyasında başlayıb. “Xəbərlər” baş redaksiyasının “7 gün” verilişində məsul rejissor, Xarici əlaqələr və kommersiya mərkəzində Əlaqələndirmə və buraxılış şöbəsi rejissor qrupunun ali dərəcəli rejissoru işləyib. Bir çox sənədli filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. 1 sentyabr 1994-cü ildə Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bədii rəhbəri, 16 avqust 2006-cı ildə dövlət başçısının sərəncamı ilə «Azərbaycan Teleradio Verilişləri» QSC-nin sədr müavini vəzifələrinə təyin olunub.
OXŞAR XƏBƏRLƏR