Azxeber.com 10 yaşını qeyd edir

Azxeber.com 10 yaşını qeyd edir
ÖZƏL
00:16 13.04.2020
3763
Bu gün Azxeber.com informasiya portalının 10 yaşı tamam olur.

2010-cu il aprel ayının 13-də gənc jurnalistlər Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin mətbu orqanları tərəfindən istinad olunur. 

Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır.

Azxeber.com eyni zamanda sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır. 

Belə ki, portalın rəsmi "facebook” səhifəsini 600 min, instagram-da isə 480 mindən çox insan bəyənib. 

Eyni zamanda portalın "Tvitter”, "Youtube” və "Telegram” sosial şəbəkələrində fəaliyyət göstərən rəsmi hesabı mövcuddur.
 
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası da Azxeber.com-un 10 illik yubileyi ilə bağlı sayta təbrik ünvanlayıb. 

Təbrikdə deyilir:
 
"Azxeber.com” saytının 10 yaşı tamam olur. Bu münasibətlə saytın kollektivinin hər bir üzvünü təbrik edirik.

"Azxeber.com” gənc jurnalistlərin ilk baxışdan özlərini təsdiq üçün yaratdıqları media orqanıdır. Ancaq illər keçdikcə biz özünütəsdiqi doğuran gənclik həvəsinin peşəkarlığa keçməsinə şahidlik etdik. Bu proses heç də asan başa gəlmədi. "Azxeber”çilər dözüm, qətiyyət və prinsipiallıq göstərdilər.

"Azxeber.com”un uğurunu şərtləndirən amillər yetərincədir. Təbii ki, ilk növbədə jurnalistikaya hədsiz bağlılıq qeyd edilməlidir. Eyni zamanda onu deməliyik ki, saytın rəhbərliyi və kollektivi hər zaman ənənələrə sadiqlik ruhu ilə seçildilər. Ölkənin media ictimaiyyətinin yaş baxımdan fərqli üzvləri bu gənc jurnalistlərin timsalında sanki özlərini gördülər. Özlərinin əməksevərliklərini, zəhmətə qatlaşmaq əzmlərini. Onlar hər zaman "Azxeber”çilərin hörmət və ehtiramlı davranışlarına, yüksək mənəvi keyfiyyətlərinə şahidlik etdilər. Bu, son dərəcə vacibdir.

Azərbaycan Mətbuat Şurasının üzvü olan "Azxeber.com” saytı internet media orqanı baxımından müstəsna tapıntıdır. Sayt 10 il əvvəl yaradılarkən gənc jurnalistlərin söz tribunası idisə, bu gün artıq sözün cəmiyyətin maraqlarının təminatına səfərbər olunduğu oturuşmuş kütləvi informasiya vasitəsidir və kifayət qədər geniş, spesifik oxucu auditoriyasına malikdir. Ötən on ilin uğurunu şərtləndirən də məhz budur.

Bir daha "Azxeber.com”un rəhbərliyini və kolektivini təbrik edir, onlara möhkəm cansağlığı diləklərimizi çatdırırıq. Arzu edirik ki, jurnalistikaya sədaqət ruhuna köklənmiş bu media orqanında hökm sürən yaradıcılıq mühiti onu daha böyük uğur və nailiyyətlərə daşısın.

10 yaşınız mübarək, əziz "Azxeber”çilər!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir