Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 10-cu ildönümü münasibətilə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşdur. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də əklil qoyulmuş, güllər düzülmüşdür.Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsində Komitənin yaradılmasının 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov toplantı iştirakçıların salamlayaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 5 iyul 2002-ci il tarixli sərəncamı ilə yaradılmış Dövlət Komitəsinin ötən 10 il ərzində göstərdiyi fəaliyyət barədə məlumat vermişdir. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, eləcə də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qayğısı və yüksək diqqəti sayəsində Azərbaycan diasporunun təşkilatlanaraq Azərbaycanın milli maraqlarını əzmlə qoruyan bir qüvvəyə çevrildiyini qeyd etmişdir. Dövlət Komitəsinin sədri ötən 10 il ərzində soydaşlarımızın Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə effektiv surətdə çatdırılması üçün əməli tədbirlərlə yanaşı elmi araşdırmaların aparıldığını da qeyd etmişdir. N.İbrahimov ötən 10 il ərzində Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən və onun Komitənin dəstəyi ilə 63 kitabın, 13 sənədli filmin hazırlandığını qeyd etmiş, bu əyani vəsaitlərin hazırlanmasında Azərbaycanlı alim və tədqiqatçıların rolunu yüksək dəyərləndirmişdir. Daha sonra ötən 10 il ərzində Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edən alim və tədqiqatçılar – AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbi üzvü Rasim Əliquliyev, tarix eləmləri doktoru, professor, millət vəkili Musa Qasımlı, tarix elmləri doktoru, AMEA tarix İnstitunun Diaspor şöbəsinin müdiri Məryəm Seyidbəyli, siyasi elmlər doktoru Elman Nəsirov, filologiya elmləri üzrə fəlsəfə doktoru Razim Məmmədov, siyasi elmlər üzrə flsəfə doktoru Zaur Əliyevə Dövlət Komitəsinin xüsusi diplom-plaketləri təqdim edilmişdir.Daha sonra Nazim İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin 10-cu ildönümü münasibətilə yenicə nəşr olunmuş “Azərbaycan Diasporu: Ensiklopedik Məlumat” toplusunu tədbir iştirakçılarına təqdim etmişdir. N.İbrahimov kitabda Azərbaycan diasporunun tarixi, Azərbaycan diasporunun görkəmli nümayəndələri barədə geniş informasiyanın verildiyini, burada diaspor terminlərinin yer aldığını qeyd etmişdir. Daha sonra o sözü kitabın məsləhətçilərindən biri, tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlıya vermişdir. M.Qasımlı “Azərbaycan Diasporu: Ensiklopedik Məlumat” toplusunun fundamental əsər olduğunu bildirmiş və onun Azərbaycan diasporunun tarixi və müasir durumu haqqında müfəssəl informasiya verdiyini qeyd etmişdir. Kitabın müəlliflərindən Məryəm Seyidbəyli, Elman Nəsirov çıxış edərək Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə nəşr olunan “Azərbaycan Diasporu: Ensiklopedik Məlumat” toplusunun xatricdəki soydaşlarımızla yanaşı diaspor mövzusunda araşdırma aparan gənc alim və tədqiqatçılar üçün də zəngin informasiya mənbəyi olduğunu vurğulamışlar. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Azərbaycan Diasporu: Ensiklopedik Məlumat” toplusu kitabını yüksək dəyərləndirərək onun əsasında informasiya-kommunikasiya texnologiyalarının açdığı imkanlardan istifadə edərək Azərbaycan diasporunun elektron xəritəsinin və xüsusi portalın yaradılmasını təklif etmişdir. O Diasporla İş üzrə Dövlət Komitəsini 10-cu ildönümü münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov hazırkı toplantının əlamətdar tarixə - bir il əvvəl 5 iyul tarixində Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının III Qurultayının ildönümü gününə təsadüf etdiyini qeyd etmiş, və fürsətdən istifadə edərək Dövlət Komitəsi tərəfindən bir müddət əvvəl nəşr olunmuş Dünya Azərbaycanlılarının III Qurultayı kitabını toplantı iştirakçılarına təqdim etmişdir. O Azərbaycan diasporunun inkişafında yeni mərhələnin əsasını qoymuş Dünya Azərbaycanlılarının III Qurultayına dair kitabda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının III Qurultayındakı geniş məzmunlu nitqi, qurultay nümayəndələri və qonaqların məruzələri, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə soydaşlarımızın təltif olunması barədə məlumatların, Dünya Azərbaycanlılarının III Qurultayında qəbul olunmuş sənədlərin əks olunduğunu bildirmişdir. Kitabın həmçinin elektron versiyasının olduğuna diqqəti çəkən N. İbrahimov burada Dünya Azərbaycanlılarının III Qurultayının bütün gedişatı ilə yanaşı, onun videoversiyası və PDF versiyasının olduğunu bildirmişdir.Daha sonra Nazim İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin “Azərbaycan diasporu və lobbi quruculuğu mövzusunda ən yaxşı məqalə” müsabiqəsinin qaliblərinə mükafatları təqdim etmişdir. Müsabiqənin şərtlərinə görə I yer üçün 1000 manat, iki ədəd II yer üçün hər biri 700 manat, 3 ədəd III yer üçün hər biri 500 manat və 5 ədəd həvəsləndirici mükafat üçün hər biri 300 manat həcmində mükafat təsis edilmişdir. Dövlət Komitəsinin əməkdaşları ilə yanaşı Azərbaycanın jurnalist təşkilatları və aparıcı KİV-lərinin rəhbərlərindən ibarət münsiflər heyətinin qərarı ilə I yeri – qhtxeber.az saytının nümayəndəsi Sənan Nəcəfov, II yeri – Vesti.az saytının əməkdaşı Vəfa Fərəcova və azxeber.com saytındakı məqaləsinə görə ASAİF-in baş katibi Əbülfəz Şeydabəyov, III yeri – Yeni Müsavat qəzetinin nümayəndəsi Elşad Paşasoy, New Baku Post qəzetinin əməkdaşı Fərəh Sabirqızı, “525-ci qəzet”də dərc olunmuş məqaləsinə görə “Respublika” qəzetinin əməkdaşı Süleyman Əlisa tutmuşlar.