AZXEBER.COM informasiya portalı sosial şəbəkələrdə yeni kampaniya başladıb.
Kampaniya insanların maska taxmağa təşviq etmək məqsədi güdür.
Baş redaktor Hacıbəy Heydərli bu haqda deyib: Son günlər şəhərdə müşahidələr onu göstərir ki, maska taxan insanların sayı artıb. Bu o deməkdir ki, sosial məsafə qorumaqla, lüzum olmadan evdən çıxmamaqla, eyni zamanda maska taxmaqla pandemiya üzərində qələbəni tezləşdirə bilərik. Bizim öhdəmizə yalnız özümüzü qorumaq düşür.
Bu gündən sosial şəbəkələrdə #maskatax haştaqı ilə kampaniya başladırıq. Nüfuzlu şəxslər, məşhurlar, millət vəkilləri, həkimlər, jurnalistlər və QHT nümayəndələri maskalı fotolarını paylaşmaqla diqqəti bu məsələyə çəkə bilərlər. #maskatax haştaqı ilə paylaşılan fotoları biz də səhifələrimizdə paylaşacağıq".