Azyaşlı Gəncə çayına düşdü - FHN axtarışa başladı

Azyaşlı Gəncə çayına düşdü - FHN axtarışa başladı
SOSİAL
14:35 01.07.2019
6591
Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər azyaşlının naməlum şəraitdə  çaya düşüb.

AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər azyaşlının naməlum şəraitdə Gəncə çayına düşməsi barədə məlumat daxil olub. Hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
 
Əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR