Azyaşlı oğlanları zorlayan 40 yaşlı qadın tutuldu

DÜNYA
14:02 02.06.2014
6073
40 yaşlı qadın yüzlərlə məktəblini yoldan çıxarıb.
İsrailin Kiryat Hate şəhərinin polisi 40 yaşlı qadının yüzlərlə yeniyetmə ilə intim əlaqəsini araşdırır. Deyilənə görə, qadın yüzlərlə oğlanı 5 il müddətində cinsi istismara məruz qoyub. Uşaqların bir neçəsi bu barədə valideynlərinə danışdıqdan sonra məsələnin üstü açılıb.
Məlum olub ki, sosial müdafiə orqanları bu barədə çoxdan məlumatlı olublar, ancaq nədənsə susublar.
Hazırda qadınla bağlı 17 ədəd şikayət ərizəsi yazılıb. Qadın 14 və daha az yaşlı uşaqlarla cinsi əlaqəyə girməkdə suçlanır. Qanun nöqteyi-nəzərində bu hadisə zorlanma kimi dəyərləndirilir.(milli.az)
OXŞAR XƏBƏRLƏR