63 yaşlı qoca qızı QİÇS-ə də yoluxdurub.
Nigeriyanın şimalında yerləşən Kano şəhərinin İslam məhkəməsi 12 yaşlı qızı zorlamaqda günahlandırılan kişiyə daş-qalaq olunma cəzası kəsib.
AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, 63 yaşlı kişi həm də qızı QİÇS-ə yoluxdurduğu üçün günahkar sayılır.
Son illərdə Nigeriyanın şimal rayonlarından onlarla insana seksual cinayətlərə görə, bu cür edam cəzası kəsilib. Amma cəzalar hələ də yerinə yetirilməyib.
Keçən ilin yayında isə Nigeriyanın cənubunda dörd nəfər silahlı qarətə və qətlə görə asılıb.
Bu, 2006-cı ildən bu yana ölkədə həyata keçirilən ilk edam qərarı olub.