Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlıya qarşı seksual zorakılıqdan təqsirləndirilən Elmar Kərimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Məhkəmənin hökmü ilə Elmar Kərimov 14 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri; təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə təqsirli bilinib.