Rostovda cərrahlar azyaşlı uşağın mədəsindən 50 ədəd maqnitli top çıxarıblar.
AZXEBER.COM xarici mətbuata istinadən bildirir ki, valideynlər maqnit topları oğlunun incə motor bacarıqlarını inkişaf etdirməsinə kömək etmək üçün aldıqlarını bildiriblər.
Uşağın topları udduğunu deməsi ilə hadisədən xəbərdar olan valideynlər onu təcili olaraq xəstəxanaya çatdırıblar. Müayinə zamanı boğaz və mədədə toplar aşkarlanması ilə azyaşlı təcili olaraq əməliyyat olunub.
Onun mədəsindən 50 ədəd maqnitli top çıxardılıb.
Aysel