Azyaşlıya siqaret çəkdirən şəxs haqqında tədbir görüldü - VİDEO

Azyaşlıya siqaret çəkdirən şəxs haqqında tədbir görüldü - VİDEO
SOSİAL
10:53 11.01.2023
166
"Sosial şəbəkələrdə azyaşlının siqaret çəkməsini əks etdirən görüntülər araşdırılıb”.

Bu barədə AZXEBER.COM-a DİN-in mətbuat xidmətindən məlmuat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən həmin görüntülərin Şərur rayonu Xanlıqlar kənd sakini Mahmud Həsənov tərəfindən çəkilməsi müəyyən edilib. 

Qeyd olunub ki, Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 4 yaşlı bacısı oğlu ilə etdiyi hüquqazidd hərəkətlərə görə M.Həsənov polis orqanına dəvət edilib və barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Həmin şəxsin azyaşlıya siqaret çəkdirməsi görüntülərini təqdim edirik:

Aydın Nuri
 

OXŞAR XƏBƏRLƏR