"Bütöv Azərbaycan" AZXEBER.COM-dan nə yazdı?

"Bütöv Azərbaycan" AZXEBER.COM-dan nə yazdı?
MARAQLI
13:12 30.12.2010
3536

AzXeber.com saytı haqqında ətraflı məlumatı saytın redaktoru Hacıbəy Heydərli verəcək:

  “Məqsədimiz məlumatı fərqli şəkildə çatdırmaqdır”....

“Portal altı aydır ki, fəaliyyət göstərir. Bu müddətdə biz Azərbaycanda və dünyada baş verən ən aktual hadisələri oxucularımıza çatdırmağa çalışmışıq. Düşünürəm ki, biz buna nail olmuşuq. Çünki, yeni fəaliyyətə başlayanda ziyarətçi sayımız 100-200 nəfər idisə, hazırda bu say 500-600 nəfərə çatıb. Hətta bu günlərdə saytımıza rekord sayta oxucu 876 nəfər daxil oldu. Bizim məqsədimiz xəbəri fərqli şəkli ziyarətçilərə çatdırmaqdır. Çalışırıq ki, öz xəbərlərimizlə oxucuları yormayaq. Onsuzda onlar işdən evə yorğun gəlirlər, onların beyinlərini daha da yormaq lazım deyil. Amma bu o demək deyil ki, ciddi məsələlərə toxunmuruq. Həmçinin iqtisadi, sosial, siyasi, ictimai mövzularda da xəbərlər hazırlayırıq. Bu mövzunun aktuallığından asılıdır.

“Bu hadisəyə susqunluqla yanaşa bilməzdik”....

“Biz sayt olaraq Mübariz İbrahimovun nəşinin qaytarılmasıyla bağlı təbliğatlar keçirmişdik. Mübarizin nəşi qaytarılmamışdı və bəzi mətbuat orqanları tərəddüd içində idi. Belə bir şəraitdə təbliğatlara başladıq. Bildiyimiz kimi, Mübariz iyunun 19-da şəhid oldu biz artıq iyulun əvvəllərindən Mübarizin qəhrəmanlığını əks etdirən video sujetləri saytımızda yerləşdirmişdik. Bu hadisəylə bağlı sujet yerləşdirmək istəyənlərə də şərait yaratdıq. Biz bunu etməyə borclu idik. Çünki Mübariz öz şirin canından bizim azadlığımız, müstəqilliyimiz, ərazi bütövlüyümüz üçün keçdi. Prezidentimiz İlham Əliyevin dediyi kimi, bizim ordumuzda minlərlə Mübarizlər var. Və hazırki durumda biz jurnalistlərin öhdəsinə düşən vəzifə belə igid oğulları təbliğ etmək və gəncləri Mübariz İbrahimov kimi cəsur, qəhrəman ruhdaa formalaşdırmaqdır. Biz portal olaraq belə bir hadisəyə susqunluqla yanaşa bilməzdik. Həmçinin düşmənlərimizlə bu gün təkcə siyasətdə deyil, hər sahədə mübarizə aparmalıyıq. Yuxarıda qeyd etdiyim hadisə də informasiya müharibəsində ermənilər üzərində qələbimiz idi. Belə ki, onlar Azərbaycan xalqının öz qəhrəmanını bağrına basmasını, ona sarılmasını, mətbuatımızın bu işdə həmrəyliyini görüb şoka düşmüşdülər”.

 “Xəbərlərimiz sujet şəkilində də olur”.......

“Əsasən idmanla bağlı sujetlərimiz var. Məsələn: Azərbaycan-Türkiyə futbol matçından geniş video sujet hazırlamışdıq.  Bildiyiniz kimi, həmin oyunda yığmamız tarixi qələbə qazanmışdı. Biz də oyundan sonra həm türkiyəli, həm də azərbaycanlı tamaşaçılardan, xaricdən gələn qonaqlardan da müsahibələr aldıq. Sujet şəkilində AzXeber.com da yerləşdirdik. Sonra digər portallar da bizə istinad edib bu sujeti yayımladılar.

“Gənclərə meydan vermişik”....

“Saytımızda gənclik bölməsi də var. Burada “Azərbaycan Tələbələr Birliyi”, “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı” və digər təşkilatların tədbirlərini işıqlandırırıq. Ümumiyyətlə, məltəblərdə, universitetlərdə olan bütün tədbirlərə yer veririk. Həmçinin portalımızda gənc yazıçıların,  şairlərin,  publisistlərin,  şeirlərinə, hekayələrini oxuya bilərsiniz. Gənclər öz sözlərini AzXeber.com tiribunasından deyə bilirlər.Yazılarında heç bir redaktə etmədən onlara sözlərini deməyə, fikirlərini çatdırmağa imkan yaradırıq. Özümüz gənc olduğumuz üçün gənclərin uğurlarına biganə yanaşa bilmərik. Gənclik bölməsinə çox az saytlarda rast gəlirik. Qəzetiniz vasitəsilə demək istəyirəm ki, biz hər zaman istedadlı, perspektivli gənclərə meydan verməyə hazırıq. Buyurun AZXEBER.COM portalı sizin yəni gənclərin saytıdır.

“Bütöv Azərbaycan görmək ən böyük arzularımızdandır”

“Bizim portalda Ermənistan adlı bölmə var. Əslində, bu bölməni yaradanda çox insan bunu birmənalı qarşılamadı. Amma zamanla hər kəs Ermənistan bölməsinin nəyə görə yaradıldığını anladı. Ermənistan bölməsində biz düşmənlərin ordusunda olan çirkinlikləri, özbaşınalığı, onların mənfur niyyətlərini işıqlandırırıq. İcazənizlə bir iki xəbər başlığını deyim. “Erməni fitnəsindən əziyyət çəkən basketbolçu”,

“Ermənistan polisi, sürücülərə homoseksuallığı öyrədir”, “İşsizlik erməni qadınları xaricə üz tutmağa məcbur edir” və bu tipli xəbərləri Ermənistan hazırki vəziyyətini göstərir. Amma təbii ki, biz Cənubi Azərbaycanı da unutmuruq. Orada yaşayan həmyerlilərimizə də yer ayırırıq. Bütöv Azərbaycan görmək ən böyük arzularımızdandır. 

“Artıq agentlik statusumuz var...”

Çox çətinliklərə qarşılasaq da, bizim sayt artıq rəsmi qeydiyyatdan keçib. İnformasiya agentliyi statusu daşıyırıq. Lakin hələ ki, xəbər satmaqla məşğul ol muruq. Hazırki şəraitdə bizim işimiz xəbəri yaymaq, oxuculara informasiya verməkdir. Öz hazırladığımız xəbərlər üstünlük təşkil edəndə AzXəbər.com agentlik kimi fəaliyyətə başlayacaq. Gələcəkdə portalımızın internet televiziya formasını da hazırlamaq arzusundayıq.

Zalova Sünbül, BÜTÖV AZƏRBAYCAN qəzeti

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
22:15 19.04.2026
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
21:56 19.04.2026
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
20:18 19.04.2026
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
20:07 19.04.2026
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
19:53 19.04.2026
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
“Son qərar Tramp tərəfindən veriləcək”
19:39 19.04.2026
“Son qərar Tramp tərəfindən veriləcək”
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
19:19 19.04.2026
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
19:08 19.04.2026
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
18:50 19.04.2026
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18:42 19.04.2026
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq