Danimarkalı alimlər göz rəngini müəyyənləşdirən gendəki mutasiyanı araşdırarkən bu qənaətə gəlib. Məlum olub ki, 6000-10000 il əvvəl baş vermiş mutasiya bütün mavigözlü insanların gözlərinin bu rəngli olmasının səbəbidir. Araşdırma zamanı bir-birinə oxşar olmayan Danimarka, İordaniya və Türkiyə kimi ölkələrin sakinləri arasında DNT testi də aparılıb.