Baş ağrısının 11 səbəbi - SİYAHI

MARAQLI
09:32 07.07.2011
2608

Baş ağrısı bir çox insanın qorxulu röyasıdır. Ancaq heç bir ağrı səbəbsiz yerə başlamır. O cümlədən baş ağrısı. ABŞ-ın qadın jurnalı olan "Health" bu ağrının səbəblərini müəyyən edib. Ağrının səbəbi mütəxəssislərin apardığı araşdırmalar nəticəsində müəyyənləşdirilib. 

1. Çəki - artıq çəkidən əziyyət çəkənlərin baş ağrısı olma riski normal çəkililərdən 35 faiz çoxdur. 

2. Xasiyyət - həddindən çox ehtiyatlılıq, deyingənlik, narahatlıq baş ağrısına səbəb ola bilər. 

3.Cinsi həyat - Cinsi həyatı passiv olan insanları bu ağrıdan əziyyət çəkmək ehtimalı böyükdür. 

4.Tətil - həftəsonu tətilləri yuxu rejimini pozduğu üçün qısa müddətli ağrılara yol aça bilər. 

5. Qoxu - boyadan gələn qoxular ağrı yarada bilər. 

6. Susuzluq - bədənin uzun müddət susuz qalması ağrıya səbəb olur. 

7. Yemək yeməmək - aclıq baş ağrısına səbəb olan ən böyük faktorlardan biridir. 

8. Kafein- az miqdarda kafein qəbulu baş ağrısına yaxşı təsir edə bilər. Ancaq miqdarın artması daha böyük problemlər yaradacaq. 

9. Hərəkətsizlik - İsveçdə aparılan araşdırmalar hərəkətsizliyin xroniki ağrılara gətirib çıxara biləcəyini ortaya çıxarıb. 

10.Yuxusuzluq- gündə 6 saatdan az yatanlarda 8 saat yatanlara nisbətən baş ağrısı riski daha yüksəkdir. 

11. Qidalanma - qırmızı şərab, pivə, şokolad, sosis kimi qidalar və içkilər bəzi insanlarda baş ağrısı yarada bilir.

//Ans Press

 

OXŞAR XƏBƏRLƏR