APA-nın məlumatına görə, Əli Həbib istefaya göndərildikdən doqquz saat sonra naməlum şəraitdə güllələnib. Ərəb kütləvi informasiya vasitələri Əli Həbibin rəqibləri tərəfindən öldürüldüyünü bildirir.
Xatırladaq ki, Suriya prezidenti Bəşər Əsəd dünən 72 yaşlı Əli Həbibi istefaya göndərərək Davud Racxayı müdafiə naziri təyin edib.
Suriyanın müxtəlif şəhərlərində prezidentin istefası tələbi ilə küçələrə çıxan aksiya iştirakçıları ilə polis və ordu arasında baş verən qarşıdurmalarda 800-dən çox adam ölüb.