Baba və nəvəni maşın vurdu - Uşaq öldü

Baba və nəvəni maşın vurdu - Uşaq öldü
SOSİAL
12:05 10.08.2017
994
Abşeronda baba və nəvəni maşın vurub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 9-da saat 23 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Bakı şəhər sakini Qaib Şahverdiyev idarə etdiyi "VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri - Zabil Cəfərovu və onun azyaşlı nəvəsi Elməddini vurub.
 
Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölüb.
 
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR