“Mən o verilişdə də demişəm ki, Nizami müəllim ziyalı insandır”.
Bu sözləri AZXEBER.COM portalına açıqlamasında İsmayıllıdan olan əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu söyləyib. Baba Vəziroğlu İsmayıllıda baş verən son olaylardan sonra “Azadlıq Radiosun”dakı “İşdən sonra”verilişində söylədiyi fikirlərin sosial şəbəkələrdə və müxalif düşərgədə başqa yerlərə yozulmasına etiraz edib. Xalq şairi İsmayıllının icra başçısı Nizami Ələkbərov haqqında söylədiyi fikirlərin arxasında olduğunu və onun ziyalı bir şəxs olduğunu bildirib:
“Mən həmin verilişdə də dedim ki, Nizami Ələkbərovu şəxsən tanıyıram və onun ziyalı biri olduğuna əminəm. Onun şəxsiyyətinə qalanda, axı mən yaxşı adama necə pis deyim? Siyasətdə hər şey məqbul ola bilər. Amma söz adamı vicdan adamıdır və hər zaman doğrunu söyləməlidir. Mən axı ziyalı bir adama necə pis deyə bilərəm? Orada da demişəm ki, mən bir çox icra başçısını tanıyıram. Onlar arasında Nizami Ələkbərovun da adını söyləmişəm. İsmayıllı mənim doğulduğum torpaqdır. Hamı məni tanıyır və mən də onlarla münasibət qururam. İkincisi, icra başçıları marsdan gəlmiyib ki, onlar da bizim xalqın nümayəndələridi. Bilirsiz, Azərbaycan balaca ölkədir və hamı-hamını tanıyır. Mən o verilişdə də demişəm ki, Nizami müəllim ziyalı insandır. Mən bundan başqa nə demişəm ki, mənim fikirlərimi yozurlar?”.
Əfsələddin Ağalarov