Babadağda ölən şəxsin meyitinin axtarışından görüntülər - VİDEO

Babadağda ölən şəxsin meyitinin axtarışından görüntülər - VİDEO
DÜNYA
15:25 09.08.2022
308
Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağda həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlu meyitinin axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və ləvazimatlarından istifadə etməklə dumanlı və çiskinli hava şəraitində sıldırımlı qayalarda və səthi buz bağlamış yarğanlarda axtarışlar aparırlar.

Çətin keçilən yerlərdə axtarış-xilasetmə işlərində drondan da istifadə olunur. Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.

Əlavə məlumat veriləcək.
 

OXŞAR XƏBƏRLƏR