Babək prospektində təmir aparılır - Sürücülərə xəbərdarlıq

SOSİAL
09:45 31.01.2025
150
Bakı şəhəri, Nizami rayonu, Babək prospektində ("Baku Medical Plaza”nın yaxınlığında) aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.

AZXEBER.COM xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

OXŞAR XƏBƏRLƏR