Babək prospektində yenidən qazıntı işləri aparılacaq? - Rəsmi açıqlama

Babək prospektində yenidən qazıntı işləri aparılacaq? - Rəsmi açıqlama
SOSİAL
22:27 31.10.2019
8582
"Azərsu" ASC Babək prospektində qazıntı işlərinin aparılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı yayılan məlumatın əsassız olduğunu qeyd edib.

"Bu gün sosial şəbəkələrdə, bəzi saytlarda, 90 FM - İctimai radioda Babək prospektində "Azərsu" ASC tərəfindən su xətlərinin çəkilməsi ilə əlaqədar prospektin yenidən qazılacağı barədə dəqiqləşdirilməmiş məlumat yayılıb. Rəsmi olaraq bildirirk ki, bu yalan məlumatdır və prospektdə yeni su xətlərinin tikintisi nəzərdə tutulmur", - deyə, A.Cəbrayıllı bildirib.
OXŞAR XƏBƏRLƏR