Babək Quliyev vəfat etdi

Babək Quliyev vəfat etdi
MƏDƏNİYYƏT
09:43 27.05.2025
573
Əməkdar mədəniyyət işçisi Babək Quliyev vəfat edib.

AZXEBER.COM xəbər verir ki, 70 yaşlı fotoqraf mayın 25-i dünyasını dəyişib.

B. Quliyev uzun illər Mədəniyyət Nazirliyi sistemində fotoqraf, videooperator, nazirliyin Elmi-Metodik Mərkəzinin nəzdində video-foto studiyasının rəhbəri vəzifələrində işləyib. "Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərib. 90-cı illərdə Müdafiə Nazirliyində fotoreportyor, hərbi operator kimi çalışıb, cəbhə bölgələrində çoxsaylı çəkilişlər edib. Qarabağ müharibəsi veteranıdır.

2019-cu ildə "Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Qeyd edək ki, C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktoru Azər Quliyev mərhumun qardaşıdır.
OXŞAR XƏBƏRLƏR