Babək rayonunda çağırışa gedən təcili tibbi yardım avtomobili qəzaya uğrayıb - FOTOLAR

Babək rayonunda çağırışa gedən təcili tibbi yardım avtomobili qəzaya uğrayıb - FOTOLAR
HADİSƏ
20:17 13.03.2025
386
Təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.

Hadisə Babək rayonu ərazisində qeydə alınıb.

Belə ki, qəza üçün çağırışa gedən 75-AC-255 dövlət nömrə nişanlı "Mercedes" markalı təcili tibbi yardım avtomobili 75-BF-044 dövlət nömrə nişanlı "Mercedes" avtomobili ilə toqquşub.
 
Qəza zamanı təcili tibbi yardım avtomobilində olan Bəbək rayon Zeynəddin kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədova Fatma Talıb qızı və Badaşqan kənd sakini, 1988-ci il təvəllüdlü Novruzov Namiq Paşa oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

 

 

 

 

 

 
///APA
 

OXŞAR XƏBƏRLƏR