Babək rayonunda içməli su problemi yaşanır - VİDEO

Babək rayonunda içməli su problemi yaşanır - VİDEO
SOSİAL
23:07 20.01.2026
661
Bir müddətdir ki, Babək rayonunun Payız kəndində içməli su təminatı ilə bağlı problem yaşanır.

AZXEBER.COM Xəzər Tv-yə istinadən xəbər verir ki, sakinlər deyirlər ki, yeraltı su mənbəyindən çıxan suyun toplanması və boru xəttinə ötürülməsi üçün qurulan kaptajdan səmərəli istifadə olunmur.

Elə buna görə də kənddə su qıtlığı hökm sürür. 

Kənd sakinləri eyni su mənbəyindən istifadə edən yaxınlıqdakı Cəhri qəsəbəsinə daha çox suyun verildiyini, elə buna görə də kənddə içməli suyun çatışmadığını iddia edirlər.

Məsələ ilə bağlı Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirildi ki, mütəxəssislər ərazidə araşdırmalar aparıb və qısa zamanda problemin həlli ilə bağlı müvafiq tədbirlər görüləcək.

OXŞAR XƏBƏRLƏR