Babək rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Babək rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
KRİMİNAL
16:58 28.10.2025
178
Babək rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. 
 
AZXEBER.COM xəbər verir ki, Babək Rayon Polis İdarəsinə rayon ərazisində yerləşən yaşayış evlərinin birindən pul oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı Göyərçin Sadiqova qısa müddətdə müəyyən edilərək saxlanılıb. 

Araşdırmalarla G.Sadiqovanın qanunsuz yolla evə daxil olaraq oradan 1500 manat pul, 700 ABŞ dolları oğurladığı məlum olub. 

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR