“Babur atasının yanında dəfn ediləcək” - Alpinistin dayısı

“Babur atasının yanında dəfn ediləcək” - Alpinistin dayısı
SOSİAL
14:17 17.05.2018
8901
Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərdən Babur Hüseynovun meyiti Astara rayonuna aparılır.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, onun ailə üzvləri artıq Bakıdan Astara rayonuna yola düşüblər.

B.Hüseynovun dayısı Rafiq Hüseynov "Report"un əməkdaşına bildirib ki, bacısı Gülxanım Hüseynova və yaxın qohumları dəfn üçün Astara rayonuna gedir. O deyib ki, B.Hüseynov itkin düşənə qədər anası ilə birgə Bakıda yeznəsi, şəhid polis serjantının evində qalırmış: "Onun yeznəsi bir neçə il əvvəl əməliyyat zamanı şəhid olub. Sonra Babur və anası da onlarda qalıb. Bacım Gülxanım Hüseynovanın ürəyində ciddi problemlər var. Bir neçə aydır, o, ürəyindən müalicə olunur".

R.Hüseynov söyləyib ki, B.Hüseynovun atası Vaqif Hüseynov da bir neçə il bundan əvvəl dünyasını dəyişib: "Vaqif Hüseynov da Astara rayonunda dəfn edilib. Babur da rayonda onun dəfn olunduğu qəbiristanlıqda torpağa tapşırılacaq".

B.Hüseynovun dayısı bacısı oğlunun çox savadlı olduğunu, daim mütaliə etdiyi qeyd edib: "Rəhmətlik hər gün işdən gələndən sonra otağına çəkilərək kitab oxuyardı. Daim savadını artırmaq üçün çalışardı. O, daha sonra daxili işlər orqanlarına müraciət etdi və polis kimi çalışmağa başladı. Babur alpinizmi də çox sevirdi. Həmişə uca dağların zirvələrinə qalxıb, üçrəngli bayrağımızı dalğalandırardı. Yəqin ki, bunu onun şəkillərində də görmüsünüz".

Xatırladaq ki, ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Quba Palace Hotel beynəlxalq qolf turnirinə ev sahibliyi edəcək
13:32 03.07.2026
Quba Palace Hotel beynəlxalq qolf turnirinə ev sahibliyi edəcək
Universitet məzunları niyə iş tapa bilmir? - İş elanlarındakı təcrübə tələbi narazılıq yaradır
13:29 03.07.2026
Universitet məzunları niyə iş tapa bilmir? - İş elanlarındakı təcrübə tələbi narazılıq yaradır
BBC-dən “instagram”la bağlı şok iddia - Uşaq istismarı…
13:17 03.07.2026
BBC-dən “instagram”la bağlı şok iddia - Uşaq istismarı…
Rusiyada benzin böhranı dərinləşir: Novorossiyskdə yanacaq yoxdur
12:57 03.07.2026
Rusiyada benzin böhranı dərinləşir: Novorossiyskdə yanacaq yoxdur
Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib
12:54 03.07.2026
Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib
TuranBank Xəzər sahilində genişmiqyaslı təmizlik aksiyası keçirdi - FOTOLAR
12:47 03.07.2026
TuranBank Xəzər sahilində genişmiqyaslı təmizlik aksiyası keçirdi - FOTOLAR
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
12:42 03.07.2026
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
“Vətəndaşların əksəriyyəti problemlərinin həlli ilə bağlı ən çox Prezidentə ümid edir” - Partiya sədri
12:35 03.07.2026
“Vətəndaşların əksəriyyəti problemlərinin həlli ilə bağlı ən çox Prezidentə ümid edir” - Partiya sədri
104 azərbaycanlı Macarıstanda təhsil almaq hüququ qazandı
12:33 03.07.2026
104 azərbaycanlı Macarıstanda təhsil almaq hüququ qazandı
Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı - Video
12:20 03.07.2026
Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı - Video
“Arzum məhkəmənin qərarından narazıdır, apellyasiya şikayəti verəcəyik” - Vəkili danışdı
12:09 03.07.2026
“Arzum məhkəmənin qərarından narazıdır, apellyasiya şikayəti verəcəyik” - Vəkili danışdı
Pezeşkian Paşinyanla görüşdü
12:06 03.07.2026
Pezeşkian Paşinyanla görüşdü
Eldar Əzizov yeni rəis təyin etdi
12:05 03.07.2026
Eldar Əzizov yeni rəis təyin etdi
Hərbçimiz futbol oynayan zaman öldü
12:04 03.07.2026
Hərbçimiz futbol oynayan zaman öldü
İrandan ABŞ-yə sərt xəbərdarlıq: Hörmüz boğazına müdaxiləyə icazə verməyəcəyik
11:50 03.07.2026
İrandan ABŞ-yə sərt xəbərdarlıq: Hörmüz boğazına müdaxiləyə icazə verməyəcəyik
İlham Əliyev Lukaşenkonu təbrik etdi
11:37 03.07.2026
İlham Əliyev Lukaşenkonu təbrik etdi