Bacı-qardaşın başını kəsən cani həbs edilmədi - Məhkəmə qərarı

Bacı-qardaşın başını kəsən cani həbs edilmədi - Məhkəmə qərarı
SOSİAL
13:33 12.10.2017
35910
Bakıda bacı -qardaşın başını kəsən 20 yaşlı Azər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində stasionar kompleks məhkəmə psixoterik ekspertizası təyin edilib.

Təqsirləndirilən şəxs Maştağada yerləşən xəstəxanaya göndərilib.

Qeyd edək ki, hadisə bu il aprelin 2-də Keşlə qəsəbəsində baş verib. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub ifadə verib.

Saxlanılan şəxs ifadəsi zamanı əvvəlcə S.Qasımzadəni qətlə yetirərək avtomobilin yük yerinə qoyduğunu daha sonra isə ailənin digər üzvlərinin yaşadığı evə yollandığını bildirib. Amma həmin evə gələn zaman A.Cəfərov yolda ailənin böyük oğlu Fərid Qasımazadə ilə rastlaşıb və onlar birlikdə mənzilə daxil olublar. Bir müddətdən sonra Azər qohumları ilə sağollaşaraq Fəridlə birlikdə evdən çıxıb. F.Qasımzadənin evdə olmadığına əmin olandan sonra Azər yenidən həmin mənzilə qayıdıb. Qapını isə onun üzünə L.Məmmədova açıb və A.Cəfərov bu zaman qətl hadisəsini törədib.

Saxlanılan şəxs hadisədən sonra qətlə yetirilən şəxslərin mənzilindən oğurluq da edib. O, evdən 207 ABŞ dolları və 250 manat pulu götürərək hadisə yerini tərk edib.

Nərimanov Rayon Prokurorluğu və rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Azər Nəriman oğlu Cəfərov tutularaq istintaqa cəlb olunub. Ondan cinayətdə istifadə etdiyi bıçaq maddi sübut kimi götürülüb. A.Cəfərov tutularkən L.Qasımovanın evindən götürdüyü 207 ABŞ dolları da onun üzərində olub.

Baş vermiş hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1; 120.2.7; 120.2.11; 29,120.2.7; 181.3.3 maddələri ilə cinayət işi başlanıb
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə BMT-də qəbul edildi - Fotolar
20:21 28.08.2025
Azərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə BMT-də qəbul edildi - Fotolar
Leyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - Fotolar
20:08 28.08.2025
Leyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - Fotolar
NATO üzvləri bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək
19:40 28.08.2025
NATO üzvləri bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
19:20 28.08.2025
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
19:09 28.08.2025
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
18:59 28.08.2025
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
18:46 28.08.2025
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
18:35 28.08.2025
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
18:21 28.08.2025
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
18:10 28.08.2025
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
17:58 28.08.2025
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
17:46 28.08.2025
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
17:36 28.08.2025
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
17:34 28.08.2025
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
17:29 28.08.2025
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
Nişanlanan məşhur müğənninin üzüyünün qiyməti məlum oldu
17:26 28.08.2025
Nişanlanan məşhur müğənninin üzüyünün qiyməti məlum oldu