Yaponiyada iki qadın ən azı bir il yarım öz qardaşlarının meyiti ilə bir evdə yaşayıb.
49 yaşlı Masao Tadanonun cəsədini qızlar yeni evə köçməzdən əvvəl başladıqları yır-yığış zamanı aşkar ediblər.AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “New York Daily News” nəşri yazıb.Masao Tadano tərki-dünya həyat yaşayırmış və hətta öz qohumları ilə də ünsiyyət saxlamırmış. Yapon öz yataq otağından bayıra çıxmamağa da üstünlük verirmiş. Bacılarının sözlərinə görə, onlar öz qardaşlarını sonuncu dəfə 2010-cu ildə görüblər.Qadınlar M.Tadanonun mumyalanmış cəsədini ötən ilin noyabrında evdə yır-yığış apararkən aşkar ediblər. Bacılardan biri ağlayıb və cəsəddən xilas olmaq üçün onu hissələrə ayıraraq plastik paketlərə qoyub və evin yaxınlığındakı zibil qutusuna atıb.Kişinin cəsədini fəhlələr aşkar ediblər və bu barədə polisə məlumat veriblər. M.Tadanonun ölüm səbəbi hələ müəyyən edilməyib, lakin müstəntiqlər ehtimal edirlər ki, kişinin ölümündə bacıların əli yoxdur.Bununla belə qardaşlarını dəfn etmədiklərinə görə onlara qarşı ittiham irəli sürülə bilər. Ehtimal edilir ki, yapon 18 ay əvvəl dünyasını dəyişib.