"Bacılarımın hər birindən imtina etmişəm" - Əməkdar artistin bacısı
MAQAZİN
21:57 22.08.2025
253
"Digər bacılarım ilə əlaqəmi kəsmişəm, onlardan imtina etmişəm".
AZXEBER.COM xəbər verir ki, bu sözləri mərhum əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova "Xəzər axşamı" verilişində deyib.
O, bir ildir bacıları ilə münasibət saxlamadığını etiraf edib:
"Artıq bir ildir ki, rəhmətliyin digər bacıları ilə münasibət saxlamıram. Onlardan imtina etmişəm. Mən Aygünün sənətini davam etdirmək istədikcə, onlar məni çox təklədilər. Sanki mən Aygünün sərvətini onlardan almışam. Məni şərlədikləri üçün hamısından üz döndərmişəm".