Bacısı Elzadan danışıb ağladı: "Məndən üzr istəsin" - VİDEO

Bacısı Elzadan danışıb ağladı: "Məndən üzr istəsin" - VİDEO
MAQAZİN
11:32 10.07.2023
627
"Mən onu təbrik etməyəcəyəm. Çünki o məni altı ildir təbrik etmir. Əgər yeddi, səkkiz ilimi doldurmasa, mənim üçün bacım yox, atamın, anamın qızı olacaq".

AZXEBER.COM xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahanın bacısı Lalə Seyidcahan "Elgizlə izlə" verilişinə verdiyi müsahibədə deyib.

"Biz elə bacılarıq ki, bir-birimizə hörmət edirik. Görürsünüz, ona "Elza xanım" deyə müraciət edirəm. Onu mən elə-belə demirəm. O mənim dilimdədir artıq. O onu qazanıb.

Elza məndən üzr istəsin, mən də onu bağışlayacağam (ağlayır). Mən Elzasızlığıa artıq öyrəşmişəm. Çünki o mənim sənət əsərimdir. O mənim "manikenimdir". Mərhum İlhamə Quliyeva əl çaldırdı mənim üçün ki, belə bir bacıdan yoxdur. O görürdü ki, necə Elzanın zəhmətini çəkirəm. Nəyə görə ağlayıram? Çünki o bizdə belə bir səhvləri görməməli idi. Mənim üçün Elzasızlıq çox çətindir, amma mən buna artıq öyrəşdim. Mənə ana timsalında bacı deyirdilər".

Elza Seyidcahan isə kövrələrək bacısının şən və xoşbəxt olduğu üçün sevindiyini bildirib:
"O gözəl etiraf etdi ki, Elzasızlığa öyrəşdim. İstəyirəm ki, mənsizliyə öyrəşsinlər. Yanımda olanda mənə də onlara da çətin olur. Sevinirəm ki, özünün işi və ətrafı var".

Daha ətraflı süjetdə:
 

OXŞAR XƏBƏRLƏR