“Bacısı Fuadın əlindən öpüb ağlayırdı” - “New-York Times” Bərdədə

“Bacısı Fuadın əlindən öpüb ağlayırdı” - “New-York Times” Bərdədə
SOSİAL
10:47 29.10.2020
8875
ABŞ-ın "The New York Times” qəzeti Bərdə terroru barədə geniş material hazırlayıb.

AZXEBER.COM-un məlumatına görə, məqalənin müəllifi Şarlotta Qall bildirib ki, iki ölkə arasında münaqişə hələ 80-ci illərin sonlarında başlayıb. Belə ki, Ermənistan bir milyona yaxın azərbaycanlını öz evlərindən didərgin salıb, ərazi istilalarına nail olub. İndi isə Azərbaycan öz ərazilərini geri qaytarmaq üçün genişmiqyaslı əks-hücum həyata keçirir.

Jurnalistin sözlərinə görə, ilk partlayış onlardan 20 metr aralıda baş verib.

"İlk partlayış bizi maşını dayandırmağa məcbur edəcək qədər güclü idi. Yaxın görünürdü və bir raket kimi səslənirdi, buna görə cəld divarın altına atıldıq və əyildik. Daha sonra anladım ki, dayanmasaydıq, yoldan 20 metr irəlidə birbaşa partlayışlardan birinin ortasına girirdik”,- deyə o qeyd edib.

Jurnalist bildiri ki, Azərbaycanda cəbhəyə yaxın bir sıra yaşayış məntəqələri demək olar ki, gündəlik raket zərbələrinə məruz qalıb: "Cəbhədən bir az aralıda yerləşən Bərdəyə hücum olunması isə gərginliyin artdığını göstərir”.

"Görürsən, ermənilər bizə nə edir?!”, - deyə 55 yaşlı Kamil Kərimov soruşur.

"Burada hərbçilərdən kimsə görürsən? Bunu niyə edirlər? Burda yalnız mülki insanlar görürsən. Xaos yaratmaq istəyirlər”.

Klinikanın zirzəmisində sığınacaq alan 44 yaşlı kardioloq Yaqubiya Həmidova buranın daha təhlükəsiz olacağını düşünərək cəbhə bölgəsindəki Tərtərdən gəldiyini söyləyib: "Xahiş edirəm bizə kömək edin. Dünyada heç kim bizə nə olduğunu bilmir”.

"New- York Times”ın əməkdaşı Bərdədə baş verən terror aktı bütün dəhşəti ilə dilə gətirib:

"Bayırda, yolayrıcında maşın hələ də tüstülənirdi. Qan səkiyə, ofis binasının qapısına yayılmışdı. Bombaların zərərsizləşdirilməsi üzrə zabitlər kombinezon və kaskada partladılmış döyüş sursatlarının üzərində dayanmışdılar”.


31 yaşlı idman müəllimi Fuad İsmayılov anasının evinin qapısının önündə həlak olmuşdu. Bacısı kədər içində, üzünə qan ləkəsi düşmüş halda onun başını qucaqlayıb ağlayırdı.

"O bizə nəsə baş verdiyini söyləməyə gəldi və bu zaman həlak oldu”,- deyə mərhumun anası Təbiət İsmayılova qeyd edib.

Təbiət İsmayılova Ermənistandan gələn azərbaycanlı qaçqın olduğunu bildirib: "Hər kəsi itirmişəm, indi də bu”.

 

Oğlunu bu yaxınlarda evləndirməyə hazırlaşan və bunun üçün evini təmir etdirən T. İsmayılova "Mən sülh istəyirəm. İstəmirəm ki, kimsə bundan əziyyət çəksin”,- deyə qeyd edib.

Nəşr yazır: "Hökumət Bərdə şəhərinə raket zərbəsi nəticəsində 21 nəfərin öldüyünü və 70 nəfərin yaralandığını açıqlayıb. Raketlərin Rusiya istehsalı olan "SMERÇ” yaylım atəş raket sistemindən atıldığı və klaster bombalarından istifadə edildiyi bildirilib. Klaster bombaları yaşayış məskənlərində mülki vətəndaşlara təhlükə doğurduğu üçün bir çox ölkədə qadağan olunub”.

Səhər Bərdədən kənarda, başqa bir raket hücumunun qurbanlarının dəfn olunduğu Qarayusifli kəndini ziyarət etdik. Hücum nəticəsində 7 yaşlı bir qız da daxil olmaqla dörd nəfər həlak olub və 10-dan çox insan yaralanıb.

 

Bərdədə şəhər xəstəxanasında müalicə olunan yaralılardan bəziləri əvvəlcə bir qədər məsafədə partlayış eşidib, daha sonra isə üzərilərinə kaset bombaları düşdüyünü görüblər.

18 yaşlı Zərgəlam Əliyeva ilk partlayışın raketi zərərsizləşdirən hava hücumundan müdafiə sistemi olduğunu düşündüyünü bildirib: "Toplu bombaların endiyini eşitdik. Daha sonra üzərimizə qəlpə yağdırmağa başladılar Səsi eşidəndə yerə uzandım”.

Onun yan yataqda uzanan rəfiqəsi, 15 yaşlı Aysun İsmayılova isə daha ağır xəsarət alıb.

Bir başqa yaralı olan 17 yaşlı Elnurə Kərimova "Kəndimizi atəşə tutacaqlarına inana bilmirdik, çünki burada hərbçilər yox, yalnız mülki insanlar var”,- deyə qeyd edib

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
16:52 06.08.2026
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
16:42 06.08.2026
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
16:35 06.08.2026
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
16:27 06.08.2026
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
16:20 06.08.2026
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
16:18 06.08.2026
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
16:08 06.08.2026
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
16:01 06.08.2026
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
15:58 06.08.2026
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
15:33 06.08.2026
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
15:22 06.08.2026
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
15:06 06.08.2026
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
14:56 06.08.2026
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
Tahir Kərimliyə ağır itki
14:51 06.08.2026
Tahir Kərimliyə ağır itki
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
14:47 06.08.2026
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
Paşinyan onları yenidən postlarına təyin etdi
14:40 06.08.2026
Paşinyan onları yenidən postlarına təyin etdi