Bacısını öldürən şəxs: Ona dedim ki, özündən 20 yaş kiçik adama ərə getmə

MARAQLI
15:07 11.11.2021
1265
Bacısını öldürən təqsirləndirilən şəxslə bağlı yekun qərar verilib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bacısı Yıldız Gülün boğazını kəsərək öldürən Kamal Balkayaya qarşı aparılan istintaq yekunlaşıb.
 
İddianamədə təqsirləndirilən Balkayanın "qəsdən öldürmə" cinayətindən ağırlaşdırılmış ömürlük həbsə məhkum edilməsi istənilib. Hadisənin təfərrüatlarının da açıqlandığı iddianamədə qadının boğazı kəsilməsinə baxmayaraq əsas yola qədər süründüyü məlum olub.

İddianamədə mərhum Yıldız Gülün Başbya Hərbi Kışlası ilə bitişik yolda sürünərək getdiyi və başqa bir xəstəni daşıyan təcili yardımın yaralı qadını gördüyü bildirilib.
 
Hamilə qadını daşıyan təcili yardımın müdaxilə etdiyi və yaralı Yıldız Gülün xəstəxanaya aparıldığı bildirilib. Başlanan istintaq çərçivəsində hadisə yerində araşdırma aparıldığı qeyd edilib.
 
Araşdırmalarda hadisənin baş verdiyi yerdən yola qədər təxminən 50 metr aralıda qan izlərinin tapıldığı açıqlanıb.

Bacısını ödürən şəxs ifadəsində "Bacım iki dəfə evli idi. Uşaqları ilə qanuni nikahlı həyat yoldaşından ayrı yaşayırdı. Bacımın sevgilisi vardı. Ona görə də mübahisə etdik. Bacımla bayıra çıxdıq. Bacımı qorxutmaq istəyirdim. Bıçaq almışdım. Bacıma dedim ki, "Səndən 20 yaş kiçik adama ərə getmə”. Bıçaq əlimdə idi. Bacımı öldürdüyümə görə peşmanam”. – deyə bildirib.

Həmçinin ittiham aktında təqsirləndirilən şəxsin hadisə günü vəhşi hərəkətlər edərək zərərçəkmişin boğazını kəsərək hadisə yerini yarı sağ-salamat tərk edərək qaçdığı, onun bacısına işgəncə verməsi qeydə alınıb.

Qəbul edilən ittiham aktı çərçivəsində yaxın günlərdə təqsirləndirilən şəxsin məhkəməsi başlayacaq.
 
Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR